FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Zeynalabdin Tağıyev haqqında film xaricdə təqdim edilib
23-04-2026, 17:30 | MƏDƏNİYYƏT
Zeynalabdin Tağıyev haqqında film xaricdə təqdim edilib

Moskva şəhərində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin nümayişi olub.

Filmin təqdimatı mərasimində tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və diaspor üzvləri iştirak ediblər. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə “Baku Media Center” tərəfindən lentə alınmış ekran əsəri “Tağıyev” çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda və ölkənin bölgələrində baş verən mühüm tarixi hadisələr təsvir olunub. Bədii filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru isə Zaur Qasımlıdır. Rolları Xalq artistləri Pərviz Məmmədrzayev və Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla geniş aktyor heyəti ifa edib.

Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti tamaşaçıların suallarını cavablandırıb və çəkiliş prosesi barədə məlumat verib. Rejissor Zaur Qasımlı qeyd edib ki, filmin Moskvada nümayişi onun üçün əlamətdar hadisədir və tamaşaçıların reaksiyası gözləntiləri aşıb; ekran əsəri canlı reaksiya və aktiv müzakirələrə səbəb olub. O bildirib ki, film həm Hacı Zeynalabdin Tağıyevi tanıyanlar, həm də onu ilk dəfə kəşf edənlər üçün uyğundur və bu, Rusiyada bütün seriyaların gələcək nümayişləri istiqamətində atılan ilk addımdır. Rejissor Moskva nümayişinin təşkilində göstərdikləri köməyə görə filmin prodüseri Arzu Əliyevaya, Heydər Əliyev Fonduna və bütün çəkiliş heyətinə, eləcə də Beynəlxalq Münasibətlərin İnkişafı üzrə “Poliloq” Fonduna minnətdarlığını bildirib.

Baş rolu canlandıran Pərviz Məmmədrzayev vurğulayıb ki, Tağıyevin obrazı azərbaycanlıların şüurunda dərin kök salıb və aktyorun məqsədi bu qavrayışı qorumaqla yanaşı, öz bədii təfsirini də təqdim etmək olub. O qeyd edib ki, rolun ifasına hazırlaşmaq prosesində əhəmiyyətli dəyişiklik tələb olunurdu; obrazı canlandırmaq üçün görünüşü dəyişdirmək və təxminən 12 kiloqram çəki almaq lazım idi. Aktyorun sözlərinə görə, səkkiz ay davam edən yaradıcılıq prosesi tamamilə Tağıyevin şəxsiyyətini araşdırmağa yönəlmişdi və çəkilişlər başlamazdan əvvəl rejissorla uzunmüddətli məşqlər aparılmışdı.




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30