FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri
23-04-2026, 20:30 | SİYASƏT / İQTİSADİYYAT
Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri

Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çırçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitətərfli və çoxtərəfli görüşləri,eləcə də Azərbaycan-Latviya biznes-forumu keçirilib.İki ölkənin prezidentləri müzakirə olunan məsələlər barədə mətbuata bəyanatla çıxış ediblər.Hər iki dövlətin başçılarının bəyanatları göstərir ki,Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri Azərbaycan-Latviya əlaqələrinin daha da genişlənməsinə, dərinləşməsinə,möhkəmləndirilməsinə və strateji xarakterinə dolğun məzmun verilməsinə xidmət edir.Azərbaycan Latviya münasibətləri qarşılıqlı hörmət və qarşılılı faydalı əməkdaşlıq prinsiplərinə söykənməklə, həmişə müsbət məcrada inkişaf edib.Hələ ötən əsrin əvvəllərində Azərbaycan-Latviya  arasında siyasi, iqtisadi və mədəni təmaslar qurulub.Sovetlər Birliyinin tərkibində olanda da  Azərbaycan Latviya münasibətləri xoşməramlı münasibətlər müstəvisində həmişə seçilib.SSRİ dağıldıqdan və dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ikitərəfli münasibətlərimizin tarixində yeni məzmunlu bir mərhələ başlayıb,siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz yeni müstəqil dövlətlər olaraq  uğurlu inkişaf yoluna qədəm qoyub. 

Latviya istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi,ərazi bütövlüyü və suverenliyinə,habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə edib.
Hazırda iki ölkənin dövlət başçıları, parlament, hökumət,nazirliklər  və digər dövlət qurumları arasında sıx əməkdaşlıq mövcuddur. Həmçinin, ölkələrimiz arasında Avropa strukturları və digər beynəlxalq platformalarda da əməkdaşlıq həyata keçirilir.

2017-ci ildə  Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə qəbul edilib.Birgə Bəyannamədə  tərəflər ikitərəfli münasibətləri, qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün Strateji Dialoq; ticarət mübadiləsi və sərmayələrin inkişafı üçün yeni imkanlar araşdırmaq,habelə digər prioritet sahələrdə ilkin əsaslandırma araşdırmaları aparmaq; təhlükəsizlik məsələləri üzrə mütəmadi məsləhətləşmələr keçirmək; təhsil, mədəniyyət, mədəni irs, elm və texnologiya sahələrində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.Tərəflər mədəniyyət, təhsil, elm, kütləvi informasiya vasitələri,səhiyyə, sosial xidmət, gənclər və idman sahələrində vətəndaşlar, xüsusilə də gənclər və onların birlikləri arasında əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirməyə niyyət ediblər.Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bu cür əhatəli Birgə Bəyannamənin qəbul edilməsindən sonra iki ölkənin əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə adlayıb.

Azərbaycanla Latviya arasındakı münasibətlər çox yaxşı siyasi təməl üzərində,yüksək səviyyəli dialoq,dostluq, bərabərhüquqluluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulduğundan,Latviya Prezidentinin aprelin 22-də Azərbaycana səfəri həm müzakirə edilən məsələlər mahiyyət baxımından hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir,həm də əhatə dairəsi baxımından çox perspektivli xarakter daşıyır. Latviya Prezidentinin bu səfəri Latviya ilə Azərbaycan arasında mövcud olan Strateji Tərəfdaşlıq üzrə Bəyannamənin ruhunu əks etdirməklə,bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq etdi.Səfər zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi,Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra yaranan əlavə imkanlar kontekstində yeni istiqamətlərlə zənginləşdirilməsi,qlobal və regional təhlükəsizlik,eləcə də Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı vəziyyət,sülh gündəliyi,həm də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın aktual məqamları və sair bu kimi məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Pinkeviçs  ilə görüşdən sonra mətbuata bəyanatında bildirib ki,Latviya prezidentinin  bu səfəri "ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək,müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq."


Azərbaycan   Latviya əməkdaşlığının inkişafında aparıcı rol oynayan yüksək səviyyəli siyasi dialoq və iqtisadi əməkdaşlığın hərtərəfli genişləndirilməsinə qarşılıqlı istəklər  Azərbaycanla Latviya arasında daha sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradənin çox yüksək səviyyədə olduğunu  göstərir. 


Latviya həm  Avropa İttifaqının,həm də NATO-nun üzvüdür. Azərbaycanın Latviya ilə əməkdaşlığının artan xətt alması ikitərəfli əlaqələrin genişləndirlməsinin qarşılıqlı faydaları ilə yanaşı,həm də o deməkdir ki,Azərbaycanın Avropa İttifaqı üçün,eləcə də təhlükəsizlik sahəsindəki əməkdaşlıq üçün əhəmiyyəti artır.
Azərbaycan bütün mümkün sahələr və istiqamtlərdə Latviya ilə  əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır.Eyni zamnda Latviya Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar və əldə olunun razılaşmalar göstərir ki,Azərbaycanla Latviya arasınadakı münasibətlərin strateji tərəfdaşlıq prinsipləri səviyyəsində inkişaf etdirilməsindən ötrü geniş imkanlar var.Onların arasında münasibətlərin 5 müstəvidə daha geniş planda inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və daha perspektivli xarakter daşıyır: 

Birincisi, Azərbaycanla  Latviya arasında çox yüksək səviyyədə förmalaşmış siyasi dialoqun davamlı olaraq  dərinləşdirilməsi və bu sahədəki üstünlüklərin digər sahələrdə əməkdaşlığının genişləndirilməsinə təkanın gücləndirilməsi və təsirinin artırılması.

İkincisi,Azərbaycanın Latviya ilə 2016-2024-cü illər arasında  ticarət dövriyyəsi 3 dəfədən çox, 2020-2024-cü illər arasında isə 2 dəfədən çox artsa da, iki ölkə arasında  ticari-iqtisadi əməkdaşlığın daha böyük miqyaslarda genişləndirməkdən və müsbət dinamikaya davamlı və dayanıqlı xarakter verməkdən ötrü tərəflərin mövcud imkanlardan yetərincə faydalanma sahəsindəki səylərinin artırılması.Həmin imkanları yaxın illərdə yüksək səviyyədə  gerçəkləşdirməkdən ötrü  perspektivdə qarşılıqlı ticarətin potensial imkanlar səviyyəsinə qaldırılmasının konkret zaman kəsiyində məsələn,2026-2030-cu illərdə və sonrakı dövrdə mümkün hədəflərin müəyyənləşdirilməsi.

Üçüncüsü,iki ölkə arasındakı münasibətlərin ticarət əlaqələri ilə yanaşı investisiya, energetika,xüsusən də yaşıl enerji,kənd təsərrüfatı, humanitar və qarşılıqlı maraq doğuran bir çox digər istiqamətlərdə inkişafına qarşılıqlı səylərin artırılması.  

  Dördüncüsü,Orta dəhliz Azərbaycanın Avropa İttifaqı  və ora daxil olan ölkələr,o cümlədən Latviya üçün önəmini artırır.Bu kontekstdə  Azərbaycanla Latviya arasınada birbaşa loqistika və birbaşa təchizat zəncirinin qurulması istiqamətində görülən işlərin sürətləndirilməsi.

Beşincisi, rəqəmsal idarəetmə sahəsində həm mülki,həm də hərbi,birgə müəssisələr,sərhəd mühafizəsi və sair sahələrdə çox faydalı əməkdaşlıq qurmaq imkanlarının gerçəkləşdirilməsi.

Latviya ilə əməkdşalıq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafında lazımlı bir platformadır.Eyni zamanda Avropa İttifaqı ilə əməkdaşlığımızın inkişafı Baltikyanı ölkələr,o cümlədən Latviya ilə Strateji Tərəfdaşlıq üzrə Bəyannaməyə uyğun olaraq əlaqələrimizin genişlənməsi və dərinləşməsinə əlavə impuls verir.Azərbaycanla Latviya arasınadkı münasibətlərin həm ikitərəfli formatda,həm də Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində inkişafı münsibətlərimizin qlobal,beynəlxalq səviyyədə  də daha miqyaslı şəkildə genişlənməsinə hərtərəfli şərait yaradacaq.
 Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsun  Bakıya səfərinin çox diqqətçəkən və önəmli məqamlarından biri də budur ki,Latviya Prezidenti mətbuata bəyanatlarla çıxışında Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə və  bu məsələdə  Azərbaycanın mövqeyinə öz dəstəyini ifadə etməklə, həm də  dövlətlərin ərazi bütövlüyünü beynəlxalq hüququn təməl prinsipi kimi dəstəkləyib,bu sazişin  təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olduğunu bildirməklə, Azərbaycanın öz ərazi bütövlüyü və süverenliyini təmin etməsinin dünyada sülh və təhlükəsizlik üçün  nə qədər önəmli olduğunu önə çəkib.

Latviya prezidentinin həmin fikirləri  bizim Azərbaycan Parlamenti xətti ilə Baltikyanı ölkələrlə əməkdaşlıq sahəsində fəaliyyətimizin bir nüanslarını xatırlatdı: Uzun illər GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Baltik Assambleyasının tədbirlərində iştirak etmişik. Baltik Assambleyasının tədbirlərində bizim çox saylı çıxışlarımızın xeyli hissəsi Qarabağa,işğal altında olan torpaqlarmızda törədilən vəhşiliklərə  həsr olunurdu və Baltikyanı ölkələrdən əlavə Benilüks ölkələri (Belçikanı, Niderlandı, Lüksemburq), Şimal ölkələri (İsveç, Norveç, Finlandiya, Danimarka, İslandiya), eləcə də Vişeqrad qrupu ölkələrinin (Macarıstan, Polşa, Çexiya, Slovakiya) parlament rəhbərlərinin, nazirlərin və digər dövlət adamlarının, görkmli elm adamlarının və mütəxəssislərinin və və digər nümayəndələrinin iştirak etdiyi çox geniş auditoriya kimi istifadə edirdik.

Hətta İkinci Qarabağ müharibsindən bir neçə il əvvəl Baltik Assambleyasının Qarabağ münaqişəsi ilə baglı daha çox Azərbaycanı dəstəkləyən bəyanatın verilməsinə belə nail ola bildik. Ona görə də bizdə belə bir inam var ki, Latviya,eləcə də Baltikyanı ölkələrlə əməkdaşlığı sistemli şəkildə genişləndirib dərinləşdirməklə həm ikitərəfli, həm Avropa İttifaqı və NATO, həm də qlobal beynəlxalq səviyyədə Azərbaycanın maraqlarana cavab verən çoxşaxəli nəticə və effektlərə nail olmaq olar.Bununla yanşı Latviya ilə əməkdşalıq Azərbaycanın Beneluks və Şimal ölkələri ilə də əlaqələrimizin bir sıra məqamlarının Azərbaycanın mənafelərinə uyğun surətdə cılalanmasınada və inkişafında çox fəal rol oynaya bilər.

Əli Məsimli
Milli Məclisin deputatı




Baxış sayı: 270
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031