Türkiyədəki səfirliyimizə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, tədqiqatçı Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi tədqiqat əsəri nəşr edilib.
AZƏRTAC xəbər verir ki, kitabda görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığında milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.
Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanır.
Kitab Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.
Kitabın “Ön söz”ünün müəllifi akademik Nizami Cəfərovdur. N. Cəfərov “Dil, Kimlik, Vətən” əsərini son illərdə Azərbaycan türkcəsi və milli düşüncə ilə bağlı qələmə alınmış ən sanballı tədqiqatlardan biri kimi dəyərləndirərək, bu nəşrin geniş maraq doğuracağına əminliyini ifadə edib.
Qeyd edək ki, müəllif əsərdə Sabir Rüstəmxanlının yaradıcılığında ana dilini millətin görünməyən sərhədi, mənəvi bütövlüyünün dayağı və milli varlığın əsas ifadə vasitəsi kimi təqdim edir. “Dil, Kimlik, Vətən” milli ideoloji düşüncə baxımından mühüm əhəmiyyət daşıyan dəyərli elmi-tədqiqat əsəri kimi diqqət çəkir.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
