Qazaxıstanın paytaxtı Astana şəhərində “Ortaq dayanıqlı gələcək baxışı” mövzusunda Regional Ekoloji Sammit - 2026 öz işinə başlayır.
Fact-info.az xəbər verir ki, aprelin 22-dən 24-dək davam edəcək tədbir Mərkəzi Asiya ölkələrində ekosistemlərin, su və torpaq ehtiyatlarının qorunması, bərpası və birgə istifadəsi, həmçinin biomüxtəlifliyin mühafizəsi üzrə kompleks siyasətin və praktiki mexanizmlərin formalaşdırılmasına yönəlib.
Bu, ekoloji çağırışların aradan qaldırılmasına regional yanaşmanı əks etdirən birgə həllərin hazırlanması məqsədilə keçirilən ilk genişmiqyaslı tədbirdir.
Tədbir Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarla birgə təşkil olunur.
Forumda 15 ölkədən rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir. Azərbaycan sammitdə Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Sammitin proqramına ümumilikdə 58 tədbir daxildir. Onlardan 17-si yüksək səviyyəli görüşlər, 4-ü Mərkəzi Asiya ölkələri üzrə sessiyalar, 37-si isə dəyirmi masalar, konfranslar və seminarlar formatında tematik müzakirələrdir.
Regional Ekoloji Sammit çərçivəsində ümumilikdə 51 sənədin imzalanması planlaşdırılır.
Sammitin mühüm praktiki tərkib hissəsi olan "RES 2026 EXPO" beynəlxalq "yaşıl" texnologiyalar sərgisində Mərkəzi Asiya ölkələrinin və müşahidəçi statusunda Azərbaycanın milli pavilyonları nümayiş etdirilir.
Baxış sayı: 125
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
