FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Azərbaycanlı rəssamın əsərləri İtaliyada nümayiş olunur
21-04-2026, 16:30 | MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın əsərləri İtaliyada nümayiş olunur

Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyanın Milan şəhərində keçirilən 5VIE Dizayn Həftəsi çərçivəsində nümayiş olunur.

Fact-info.az xəbər verir ki, aprelin 26-dək davam edəcək sərginin mərkəzini “Elysium” silsiləsindən (2024-2025-ci illər) xalça nümunələri təşkil edir. Bu silsilə Bakının Nardaran qəsəbəsində, həmçinin Şəmkir və Quba bölgələrində çalışan qadın sənətkarlar ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlmiş, əllə toxunmuş 3 xalçadan (hər biri 150 x 200 sm) ibarətdir. Ekspozisiyanı “Funksionallıqdan kənar” (2024-2026-cı illər) adlı keramik qablar silsiləsi tamamlayır.

Azərbaycanın xalçaçılıq sənəti əsrlərin dərinliyindən süzülüb gələn zəngin ənənəyə söykənir və incə sənətkarlıq, özünəməxsus estetik dili ilə dünya miqyasında tanınır. Bu xalçalar yastı, təsviri kompozisiya quruluşu ilə fərqlənir, ornamentlərin ölçülü ritmi, mərkəzi sahə ilə haşiyə arasındakı ahəng və həndəsi motivlərin möhtəşəm aydınlığı bütöv vizual tarazlıq yaradır. Öz texniki mürəkkəbliyinə baxmayaraq, bu əsərlər səth və naxışa üstünlük verərək, dərinlik illüziyasından uzaqlaşan müstəvilik prinsipinə sadiq qalır.

Aida Mahmudovanın materiallarla uzun illər apardığı cəsarətli eksperimentləri bu köklü ənənələrə canlı heykəltaraşlıq nəfəsi gətirir. Laybalay işləmə texnikaları, tekstura variasiyaları və məkanla qarşılıqlı təsiri araşdırmaqla, o, tekstil sənətinin həm formal, həm də konseptual sərhədlərini genişləndirir. Rəssamın yaradıcılığında xalça sadəcə döşəmə və ya divar üçün funksional əşya deyil, taktil, məkan ilə əlaqə quran və dərin konseptual məna daşıyan heykəltaraşlıq obyektinə çevrilir.

“Funksionallıqdan kənar” silsiləsinə daxil olan keramika nümunələri rəssamın dulusçuluq və şüşə dekorativ-tətbiqi sənət növlərində apardığı eksperimental axtarışların məntiqi yekunu kimi təqdim olunur. Bu keramik qablar, ənənəvi sənətkarlıq köklərinə əsaslanaraq, məişətdə istifadə olunan gündəlik əşyalar kimi formalaşır və rəssam tərəfindən unikal, zərif dizayn obyektlərinə çevrilir. Həmin əsərlər doğma Azərbaycan torpağının bəxş etdiyi neft, kül, qum, gil və daşlardan hazırlanmış əl işi şirələrlə örtülmüşdür. Belə material yanaşması əsərləri həm fiziki mühitlə üzvi şəkildə bağlayır, həm də onların səthində bənzərsiz, dəyişkən və gözlənilməz, canlı vizual effektlər yaradır. Eyni zamanda materiya və yaddaş poeziyasına müraciət edən bu silsilə, qədim ənənələr və rəssamın müasir ifadəsi arasında incə, poetik dialoq qurur. Aida Mahmudova Azərbaycan mənzərələrinə həsr etdiyi geniş fotoarxivinə istinad edərək, şəxsən çəkdiyi görüntüləri dekal texnikası vasitəsilə keramika səthlərinə köçürür və beləliklə, şəxsi xatirələri ilə səmimi hekayələrini əsərlərə həkk edir. Nəticədə, bu qabların ritual xarakterli formaları, ən həssas xatirələri özündə daşıyan dəruni sığınacaqları kimi yenidən doğulur. Bu sadə, lakin fərqli formalar insan qəlbinin şəxsi, məhrəm və refleksiv xəritəsində rəmzi dönüş nöqtələri səssiz şahidləri kimi zamanın axarlığını təcəssüm etdirir.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30