FACT-INFO.AZ » CƏMİYYƏT » Fərrux Rüstəmov yazır:
21-04-2026, 19:00 | CƏMİYYƏT
Fərrux Rüstəmov yazır:

Bu gün bir əsrlik tarixi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun özəl günüdür. Bu münasibətlə hörmətli Cəfər müəllimi təbrik edir, möhkəm cansağlığı, bərəkətli ömür və nəvə-nəticə sevinci arzulayıram.
***
1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və ADU-nun Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Moskvada Azərbaycanlı Tələbə və Aspirantlar Şurasının sədr müavini olmuşdur. 1987-1994-cü illərdə Azərbaycan Dövlət Universitetinin (1989-cu ildən BDU) Tarix fakültəsində böyük laborant, Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1990-1994-cü illərdə BDU-da tarix üzrə doktorluq dissertasiyalarının müdafiəsi ilə bağlı İxtisaslaşmış Dissertasiya Şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini, 1994-1998-ci illərdə yeni yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1998-2003-cü illərdə BMT və Azərbaycan hökumətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur. 2000-2001-ci illərdə Fulbrayt proqramının qalibi kimi ABŞ Dövlət Departamentinin təqaüdü ilə Nyu-York Universitetinin Dövlət İdarəçiliyi Məktəbində tədqiqatçı alim vəzifəsində çalışmışdır. Həmin dövrdə həm də BMT-nin mərkəzi qərargahında“Elektron Hökumət” layihəsinin icraçılarından olmuşdur. 2000-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşən Müasir Məsələlər üzrə Təqaüdlər Proqramının qalibi olmuşdur.
2001-ci ilin noyabr ayında keçirilən Dünya Azərbaycanlılarının I Qu-rultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü seçilmiş, 2002-ci ildə Milli Məclisə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə təqdim olunan 3 namizəddən biri olmuş, 2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.
2004-2006-cı illərdə BMT və Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olun¬ması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.
17 fevral 2010-cu ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir. 2013-cü ildən professordur.
2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun, 2014-2016-cı illərdə onun bazasında yaradılan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.
Hazırda “ADPU-nun Xəbərləri”, “Təhsildə İKT”, “Tarix, insan və cəmiyyət” jurnallarının baş redaktoru, “Azərbaycan məktəbi”, “Kurikulum” və Moskvada nəşr edilən “İnsan kapitalı” (“Человеческий капитал” Журнал Московского университета) elmi-praktik jurnallarının, “Kommunikologiya” (“Коммуникология”) beynəlxalq elmi jurnalının, Rusiya Dövlət Humanitar Universitetinin “Avrasiya tədqiqatları. Tarix. Politologiya. Beynəlxalq münasibətlər” elmi jurnalının (Вестник РГГУ. Серия «Евразийские исследования. История. Политология. Международные отношения». Научный журнал) və s. redaksiya heyətinin üzvüdür.
2013-2016-cı illərdə “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalının baş redaktoru olub. 2016-cı ildən ADPU-nun nəzdində fəaliyyət göstərən “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi”, “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası” ixtisasları üzrə Dissertasiya Şurasının sədridir.
2020-ci ildə Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının xarici qiymətləndiricisi (ekspert) seçilib. Avrasiya İpək Yolu Universitetləri Konsorsiumu (ESRUC) İcraedici Şurasının üzvüdür. Prof. Cəfər Cəfərov 12 dekabr 2017-ci ildə Avstriyanın IMC/FH KREMS Universitetinin fəxri doktoru, 20.05.2023-cü ildə isə Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun fəxri professoru adına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Sərəncamları ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)”, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları ilə, 2021-ci il 17 dekabr tarixində "Şöhrət" ordeni ilə təltif edilmişdir.
ABŞ-da təhsil alan Azərbaycanlı Məzunlar Assosiasiyasının “Təhsil sahəsində ən yaxşı nəticəyə görə” diplomu (2008), “Fəxri turizm işçisi” döş nişanı (2014), Humanist Pedaqogikanın Beynəlxalq Mərkəzi tərəfindən “Humanist pedaqogikanın cəngavəri” adı və “Ürək və qu quşu” döş nişanı (2017), Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “General Həzi Aslanov” (2019) və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin “Milli Ordunun 100 illik yubileyi” (2019) medalları və müxtəlif media mükafatları, həmçinin 2024-cü ildə “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan dünyası” beynəlxalq jurnalının Türk Dünyasının “Qızıl ürək” ordeni ilə təltif edilib.

Azərbaycan tarixinin müasir problemləri, XX əsrin 20-ci illərinin sonu-30-cu illərində Azərbaycan kəndi, vətəndaş cəmiyyətinin inkişafı, dövlət idarəçiliyi və cəmiyyətin demokratikləşməsi, turizmin və ali pedaqoji təhsilin inkişaf perspektivləri ilə bağlı respublikada və xaricdə nəşr olunan 90-dan çox kitabın, tədris-metodiki vəsaitin, elmi məqalənin müəllifidir. 36 xarici ölkədə keçirilən 110-dan çox beynəlxalq seminar, konfrans və simpoziumun iştirakçısı olmuşdur.


Fərrux Rüstəmov,
pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi




Baxış sayı: 290
Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Bu gün, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Bu gün, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Bu gün, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Bu gün, 08:30 “Çal qılıncın, yetdim!.." Dünən, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib Dünən, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib Dünən, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Dünən, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Dünən, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Dünən, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Dünən, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Dünən, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Dünən, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930