Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat" qəbul olunub.
Fact-info.az xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edib.
O, qeyd edib ki, Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı aparılan təhlillər nəticəsində 10-dan çox əsas təklif hazırlanıb: "Təkliflər dövlət satınalmaları üzrə idarəetmənin gücləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib".
Sədr əlavə edib ki, Azərbaycanda dövlət satınalmalarının əhəmiyyətli hissəsi müsabiqəsiz üsulla həyata keçirilib: "2025-ci ilin iş planı çərçivəsində keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı ümumilikdə 3 560 satınalma araşdırılıb və bu proseslər 3,8 milyard manat vəsaiti əhatə edib. Bu satınalmaların 60 %-i - 2 119-u müsabiqəsiz, yəni bir mənbədən satınalma metodu ilə həyata keçirilib və onların ümumi dəyəri 2milyard manatdan bir qədər çox olub. Audit və analitik fəaliyyətlər nəticəsində aşkar edilmiş nöqsanların 51,6 %-i büdcə qanunvericiliyi, 24,1 %-i isə dövlət satınalmaları ilə bağlı olub
Baxış sayı: 115
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
