Qarabağ Universiteti 2026/2027-ci tədris ilinə hazırlıq işləri çərçivəsində abituriyentlərlə maarifləndirici və tanıtım xarakterli görüşlərə start verib.
Görüşlərin ilk mərhələsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdlərini əhatə edib. Gəncə şəhərində təşkil olunan görüşlərdə Gəncə, Samux, Göygöl, Daşkəsən, Goranboy və Naftalan məktəblərinin yüksək akademik nəticə göstərən şagirdləri iştirak ediblər.
Abituriyentlərlə görüşlər ixtisas qrupları üzrə ayrı-ayrılıqda beş fərqli məkanda təşkil olunub. Beşinci ixtisas qrupu üzrə incəsənətyönümlü ixtisaslara hazırlaşan abituriyentlərlə görüş Gəncə Dövlət Regional Kollecində baş tutub. Təbliğat tədbiri çərçivəsində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim heyətinin ifasında konsert proqramı da təqdim edilib. Eyni zamanda, təbliğat görüşlərindən sonra seçilmiş bir neçə məktəbdə əlavə təqdimatlar və interaktiv sessiyalar keçirilib.
Baxış sayı: 145
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
