“Ermənilərin Qarabağa qayıtması məsələsini səmərəli hesab etmirəm”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən deyib.
"Artıq kimin harada yaşadığını, kimin nəyə sahib olduğunu araşdırmayacağıq. Biz məsələni qapadırıq”.
O bildirib ki, sülhə nail olmağın yeganə yolu budur: “Bizim öz həqiqətimiz var, amma hər kəsin öz həqiqəti var. Düşünməyin ki, beynəlxalq ictimaiyyət müxtəlif səviyyələrdə həqiqətlərimizi bölüşdüyümüz zaman bizi alqışlayır".
Paşinyan deyib ki, Ermənistana rəğbət bəsləyən, onun baxış bucağınıbölüşən ölkələr və müəyyən siyasi dairələr var. Amma eyni zamanda, eyni ölkələr daxilində Azərbaycanın yanaşmalarını bölüşən dairələr olub və hələ də mövcuddur. Nəticə etibarilə bütün bunlar başqalarının "mənfəət əldə etdiyi" bir münaqişəyə gətirib çıxardı.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
