FACT-INFO.AZ » QHT » Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib
20-04-2026, 11:30 | QHT
Kibertəhlükəsizlik üzrə genişmiqyaslı beynəlxalq təlimlərə start verilib

Aprelin 20-24-dək Estoniyanın e-İdarəetmə Akademiyasının (eGA) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə dövlətqurumları, kritik infrastruktur subyektləri, aidiyyəti kibertəhlükəsizlik nümayəndələri, maliyyə və özəltəşkilatların iştirakı ilə ixtisaslaşmış təlimlərə start verilib.

Fact-info.az xəbər verir ki, təlimlər çərçivəsində maliyyə sisteminin sabitliyi üçün kibertəhlükəsizlik risklərinin idarə olunması, insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsinin qiymətləndirilməsi, zərərli proqramlar üzrə məlumat mübadiləsi, eləcə də şəbəkə təhdidlərinin aşkarlanmasıkimi mühüm mövzular əhatə olunur. Təlim proqramı kiberdavamlılığın həm strateji, həm də texniki aspektlərini birləşdirərək iştirakçıların bilik və praktiki bacarıqlarının artırılmasına xidmət edir.

Maliyyə sektoru üzrə kibertəhlükəsizlik risklərinin idarəolunmasına həsr olunan seminar zamanı kiberrisklərin maliyyə sabitliyinə təsiri və Avropa İttifaqının bu sahədə tətbiq etdiyi qabaqcıl yanaşmalar təqdim ediləcək. Eyni zamanda, iştirakçılar təşkilati struktur, insan resursları, texniki alətlər və proseslər üzrə insidentlərə cavab vermə imkanlarının yetkinlik səviyyəsini qiymətləndirmək imkanı əldə edəcəklər.

Texniki təlimlərdə isə CSIRT və CERT qurumları üçün nəzərdə tutulmuş praktiki alətlərin tətbiqi, təhdid kəşfiyyatı məlumatlarının mübadiləsi, zərərli fəaliyyətlərin aşkarlanması və əməliyyat səviyyəsində cavab vermə mexanizmlərinin təkmilləşdirilməsi mövzuları əhatə olunub.

Təlim proqramının açılışında çıxış edən AKTA-nın icraçı direktoru Rauf Cabarov bildirib ki, bu cür təşəbbüslər müxtəlif qurumlar arasında əməkdaşlığın gücləndirilməsinə, praktiki biliklərin artırılmasına və insidentlərə effektiv cavab vermə imkanlarının inkişafına mühüm töhfə verir.

E-İdarəetmə Akademiyasının (eGA) layihə rəhbəri Elsa Neeme isə qeyd edib ki, güclü yerli tərəfdaşlarla əməkdaşlıq bu təşəbbüslərin real ehtiyaclara uyğun həyata keçirilməsini təmin edir və uzunmüddətli perspektivdə dayanıqlığın, əməkdaşlığın və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, təlimlər Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Kiberdavamlılığın Təkmilləşdirilməsi 2.0” təşəbbüsü çərçivəsində maliyyələşdirilir və e-İdarəetmə Akademiyasının (eGA) yerli tərəfdaşlarla əməkdaşlığı ilə təşkil olunur.




Baxış sayı: 185
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30