FACT-INFO.AZ » İQTİSADİYYAT » BMT konvensiyasının ratifikasiyası kibertəhlükəsizliyi gücləndirir
17-04-2026, 16:00 | İQTİSADİYYAT
BMT konvensiyasının ratifikasiyası kibertəhlükəsizliyi gücləndirir

Ölkəmizdə rəqəmsal transformasiya prosesi intensiv şəkildə davam edir və bu transformasiya fonunda kibertəhlükəsizlik məsələləri strateji prioritetlər sırasında yer alır.

Elektron hökumət (e-gov) xidmətlərinin genişlənməsi, bulud texnologiyalarının (cloud computing) tətbiqi, böyük verilənlər (Big Data) və sənaye 4.0 komponentlərinin iqtisadiyyata inteqrasiyası ilə paralel olaraq hücum səthi (attack surface) genişlənir və kiberrisklərin kompleksliyi artır. Bu kontekstdə Azərbaycanda son illər normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq hüquqi mexanizmlərə inteqrasiya istiqamətində mühüm addımlar atılıb.

Bu barədəAzərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının Kibertəhlükəsizlik eksperti Lamiyə Nəcəfova vurğulayıb ki, bu istiqamətdə Milli Məclis tərəfindən BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ölkəmizin qlobal kibertəhlükəsizlik arxitekturasına inteqrasiyasını gücləndirən mühüm strateji qərardır. “Bu sənəd transmilli kibercinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında operativ əməkdaşlığın genişlənməsi, elektron sübutların qarşılıqlı tanınması və rəqəmsal ekspertiza sahəsində vahid standartların tətbiqi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının ratifikasiyası ölkənin kibertəhlükəsizlik arxitekturasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu qərar yalnız hüquqi akt deyil, eyni zamanda Azərbaycanın qlobal kiberməkanın təhlükəsizliyinin təmin olunmasında aktiv iştirakçıya çevrildiyini göstərən strateji addımdır.

Qeyd olunan Konvensiya informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin elektron sübutların toplanması, mühafizəsi və mübadiləsi üçün vahid hüquqi mexanizmin formalaşdırılmasını nəzərdə tutur. Bu isə xüsusilə transmilli kibercinayətkarlıq hallarında istintaq proseslərinin effektivliyini əhəmiyyətli dərəcədə artırır. Texniki baxımdan yanaşdıqda, bu sənəd rəqəmsal sübutların həyat dövrünün idarə olunması (“digital evidence lifecycle management”), sərhədlərarası məlumatlara çıxış (“cross-border data access”) və qarşılıqlı hüquqi yardım mexanizmləri (“mutual legal assistance”) kimi anlayışların praktik tətbiqini genişləndirir. Nəticə etibarilə, hüquq-mühafizə orqanları üçün rəqəmsal forensika imkanları güclənir, sübutların etibarlılığı və qəbulolunma səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılır”, - deyə ekspert bildirib.

Lamiyə Nəcəfova diqqətə çatdırıb ki, bununla yanaşı, Konvensiya kibercinayətkarlıqla mübarizədə proaktiv yanaşmanı təşviq edir. Bu isə dövlətlərin yalnız insidentlərə reaksiya verməsi ilə kifayətlənməyib, həm də qabaqlayıcı təhlükəsizlik mexanizmlərini,o cümlədən təhdid kəşfiyyatı (“threat intelligence”), erkən xəbərdarlıq sistemləri və real vaxt monitorinq infrastrukturlarını inkişaf etdirməsini zəruri edir.

Azərbaycanın bu Konvensiyanı ratifikasiya edən ilk ölkələrdən biri olması ölkənin beynəlxalq hüquqi nüfuzunu gücləndirməklə yanaşı, regional kibertəhlükəsizlik liderliyini də möhkəmləndirir. Bu addım həm də yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi və milli CERT/CSIRT ekosisteminin inkişafı üçün yeni imkanlar yaradır.

Ekspert qeyd edib ki, bu qərar Azərbaycanın rəqəmsal transformasiya strategiyasını təhlükəsizlik komponenti ilə balanslaşdıran mühüm institusional addımdır. Qarşıdakı mərhələdə əsas prioritet bu beynəlxalq öhdəliklərin milli səviyyədə effektiv implementasiyası, kadr potensialının gücləndirilməsi və süni intellekt əsaslı kibermüdafiə texnologiyalarının geniş tətbiqi olacaq.




Baxış sayı: 90
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30