FACT-INFO.AZ » QHT » Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
17-04-2026, 18:00 | QHT
Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir
2026-cı il aprelin 17-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində qurumun 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin QHT Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında imzaladığı Fərman QHT sektorunda genişmiqyaslı islahat proqramıdır: “Bu o deməkdir ki, QHT Agentliyinin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi bütövlükdə QHT sektorunun inkişafında keyfiyyətcə tam yeni mərhələ açır. QHT Agentliyi bu Fərmanla ilk dəfə tənzimləyici orqana çevrilib. Bu inam və etimadı layiqincə doğrultmaq üçün Agentliyin bütün komandası var gücünü səfərbər edəcək”.
Fuad Məmmədov vurğulayıb ki, hazırda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sisteminin fəaliyyətə başlaması üçün gərgin iş aparılır. Bu Sistem dövlət qurumları arasında QHT-lərin bütün növ maliyyələşdirilməsinə dair koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların bölüşdürülməsinə, prosesin "bir pəncərə" əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, ölçüləbilən, nəticəyönümlü olmasına xidmət edəcək.
QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva Azərbaycan QHT-lərinin WUF13-ə ciddi hazırlaşdığını bildirib: “2026-cı il mayın 19-da QHT Agentliyinin təşkilatçılığı ilə WUF13 QHT Forumu keçiriləcək. Bu Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir. Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək”. A.Əliyeva mayın 14-də - “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənildiyini, hər iki beynəlxalq tədbirdə də Agentliyinin tərəfdaş qismində çıxış edəcəyini açıqlayıb.
İdarə Heyətinin sədri QHT Agentliyinin fəaliyyətinə dair statistik göstəriciləri diqqətə çatdırıb və inkişaf prosesinin davam etdiyini vurğulayıb: “Cənab Prezidentin fərman və sərəncamlarından, müvafiq dövlət proqramlarından irəli gələn tapşırıqların Agentlik tərəfindən icra səviyyəsi 2022-ci ildə 86%, 2023-cü ildə 88%, 2024-cü ildə 97%, 2025-ci ildə isə 98.5% təşkil edib. 2024-cü ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Azərbaycan QHT-lərinin 7 xarici ölkədə 25 tədbiri baş tutub. 2025-ci ildə isə rekord qeydə alınıb, 17 fərqli ölkədə 43 tədbir keçirilib. Azərbaycan QHT-lərinin dünyaya bu cür açılması ilk dəfə baş verir. Bakının 116 ölkədən QHT-lərin təmsil olunduğu Qlobal Cənub QHT Platforması kimi nəhəng təsisatın, 8 ölkəni birləşdirən Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT Platforması kimi regional qurumun daimi mənzil qərargahına çevrilməsi bu prosesdə mühüm rol oynayıb”.
Agentliyin departament müdiri Fuad Rzazadə QHT Agentliyinin müsabiqələrinə ilbəil müraciətlərin yüksəlməsinin qeydə alındığını açıqlayıb: “2024-cü il üzrə müsabiqələrə 779 təşkilat maraq göstərmişdisə, 2025-ci il üzrə bu rəqəm 915, 2026-cı il üzrə 981 olub. Son illər QHT-lərin komanda işi qurmaq, uğurlu ideya tapmaq, onu cəlbedici layihəyə çevirmək, media ilə işləmək vərdişləri güclənir, layihələrdə maliyyə və icra intizamı artır”.
Mətbuat konfransında həmçinin məlumat verilib ki, 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumu keçiriləcək.
Toplantıda QHT Agentliyinin tam yeni tərtibatda internet səhifəsi (ngoagency.gov.az) də ictimaiyyətə təqdim olunub. Qurumun informasiya-kommunikasiya məsələləri üzrə meneceri Fatimə Bayramlı yenilənmiş səhifənin özəllikləri barədə təqdimatla çıxış edib.
Daha sonra media nümayəndələri “Açıq Qapı” formatında Agentliyin iş fəaliyyəti ilə yerində tanış olub.
QHT Agentliyi 2021-ci il aprelin 19-da Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb.
Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
Bu gün, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
Bu gün, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
Bu gün, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Bu gün, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
Bu gün, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
Bu gün, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
Bu gün, 12:30
Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
Bu gün, 12:00
Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb
Bu gün, 12:00
Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
“Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub
Dünən, 18:30
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Dünən, 18:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb
Dünən, 17:00
В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа»
Dünən, 16:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Dünən, 16:30
Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb
Dünən, 13:00
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Dünən, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Dünən, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Dünən, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Dünən, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
4-11-2026, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
4-11-2026, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
4-11-2026, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
4-11-2026, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
4-11-2026, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
4-11-2026, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
4-11-2026, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
4-11-2026, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
4-11-2026, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
4-11-2026, 09:00
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
