Aprelin 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın müşaviri, akademik Yaqub Mahmudovun və professor Tofiq Mustafazadənin “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə akademik Yaqub Mahmudovun əsərlərindən ibarət sərgi ilə tanış olublar. Həmçinin Mərkəzi Elmi Kitabxanada bu gün yaradılan “Akademik Yaqub Mahmudovun kitablarından ibarət fond” oxuculara təqdim edilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tariximizin qaranlıq səhifələrinə işıq salan kitabın elmi əhəmiyyətini qeyd edib. O, ictimaiyyətə təqdim olunan bu əsərdə arxiv materiallarına və mühüm sənədlərə əsaslanaraq tariximizin vacib məqamlarına dair mühüm faktların oxuculara çatdırıldığını söyləyib.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Eynulla Mədətli, millət vəkili, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev, Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professor-məsləhətçisi tarix elmləri doktoru Mehman Süleymanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev, Əlyazmalar İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Tahirə Həsənzadə və başqaları nəşrlə bağlı fikirlərini bölüşüblər.
472 səhifəlik “Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabının elmi redaktoru tarix elmləri doktoru Mehman Süleymanov, elmi məsləhətçiləri Dünya Əfşarlar Dərnəyinin başqanı Şərəf Kocakaya və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayevdir.
Baxış sayı: 155
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
