“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan yeniyetmə və gənclər arasında “Xəyalındakı şəhərin rəsmini çək!” devizi ilə “Rənglərdə yaşayan şəhərlər” adlı rəsm müsabiqəsi başlayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənbildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd iştirakçıların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların şəhərlərə baxışının və gələcək şəhər təsəvvürlərinin rəsm vasitəsilə ifadə olunmasına şərait yaratmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər rəsm əsərlərini aprelin 27-dək çərçivəyə salınmış formada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə, Bəhruz Kəngərli adına Sərgi Salonuna təqdim etməlidirlər.
Müsabiqə iki yaş qrupu üzrə təşkil olunur, 14–18 və 19–29 yaş aralığında olan iştirakçılar öz bacarıqlarını sınaya biləcəklər.
Şərtlərə əsasən, təqdim olunan əsərlər akvarel, quaş, yağlı boya və ya qrafika texnikasında hazırlanmalı, hər iştirakçı maksimum 3 (əvvəllər nümayiş olunmamış) əsərlə qatılmalıdır. Həmçinin əsərin arxa hissəsində müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi qeyd olunmalıdır.
Müsabiqə çərçivəsində sərgi və mükafatlandırma mərasimi mayın 4-də saat 15:00-da Bəhruz Kəngərli adına Sərgi Salonunda keçiriləcək.
Qaliblər diplom, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Baxış sayı: 170
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
