Rusiya və Azərbaycanın Xarici İşlər nazirliklərinin birgə bəyanatı iki ölkə arasında siyasi münasibətlərin tam normallaşdığını göstərir.
Bu sözləri “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar əvvəllər ikitərəfli münasibətlərə kölgə salan bütün məsələlərin tənzimləndiyini göstərir.
Ekspert vurğulayıb ki, bu prosesdə prezidentlər Vladimir Putin və İlham Əliyevin siyasi iradələri əsas rol oynayıb. Bunun sayəsində bütün əsas problemli məsələlər həll edilib, qalan məsələlər isə yaxın vaxtlarda tənzimlənə bilər.
“Bilirdik ki, iki ölkə arasında münasibətləri pozmağa çalışanlar, yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərənlər və Rusiya ilə Azərbaycanın maraqlarına uyğun olmayan məqsədlərlə hərəkət edənlər çox idi. Onların cəhdləri uğursuz oldu. Bu gün əminik ki, problemli məqamlar keçmişdə qalıb və biz ölkələrimiz arasında münasibətlərdə həmişə mövcud olmuş dostluq formatına qayıtmışıq”, – deyə İqor Korotçenko fikrini yekunlaşdırıb.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
