FACT-INFO.AZ » SİYASƏT » Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir
15-04-2026, 18:00 | SİYASƏT / İQTİSADİYYAT
Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir

Şuşa şəhərində keçirilən Azərbaycan-Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası iki ölkə arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir. Əsas əhəmiyyəti isə yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsidir. İlk növbədə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Bu fikirləri Şuşada jurnalistlərə müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Latviya tərəfindən həmsədri Armands Krauze deyib.

Xüsusilə heyvandarlıq sahəsində birgə fəaliyyət imkanlarının nəzərdən keçirildiyini deyən Latviyanın kənd təsərrüfatı naziri bildirib ki, yüksəkkeyfiyyətli cins heyvanların, süd və ətlik mal-qaranın Baltikyanı ölkələrdən, o cümlədən Latviyadan Azərbaycana gətirilməsi mümkündür. Regionda ən qabaqcıl hərrac mərkəzi fəaliyyət göstərir və bu mərkəzdə ildə təxminən 30 min baş heyvan satılır. Satışın böyük hissəsi Türkiyəyə ixrac olunur. Bu baxımdan Azərbaycana cins heyvanların tədarükü ilə bağlı heç bir çətinlik gözlənilmir.

Armands Krauze qeyd edib ki, kənd təsərrüfatında digər mühüm istiqamət meşəçilik sahəsidir: “İqlim dəyişikliyinin təsirlərinin azaldılması və meşələrin bərpası bu gün bütün ölkələr üçün prioritetdir. Məlum olduğu kimi, xüsusilə bu regionda işğal dövründə meşə sahələrinin əhəmiyyətli hissəsi məhv edilib və onların bərpasına ciddi ehtiyac var. Bu sahədə “Nordik texnologiyaları”nın tətbiqi imkanları nəzərdən keçirildi. Sözügedən texnologiyalar meşələrin daha sürətli və daha səmərəli şəkildə bərpasına imkan yarada bilər”.

İclasda nəqliyyat, logistika və maliyyə sahələrində əməkdaşlıq perspektivlərinin də müzakirə olunduğunu deyən nazir bildirib ki, Latviya İqtisadiyyat Nazirliyinin dövlət katibi tərəfindən bu istiqamətlər üzrə təqdimat keçirilib və konkret əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

“Görüş çərçivəsində film sənayesi sahəsində əməkdaşlıq ideyası da irəli sürüldü. Latviyada “Brilyant əl” filminin Bakıda çəkilmiş məşhur səhnəsi çox tanınır. Ümumilikdə, bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, ölkələrimizin və paytaxtlarımızın film çəkilişləri üçün cəlbedici məkan kimi təşviqi yaxşı perspektiv kimi qiymətləndirilir. Riqa bu istiqamətdə artıq müəyyən addımlar atmaqdadır”, – deyə Armands Krauze bildirib.




Baxış sayı: 100
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30