Ukrayna və Almaniya 4 milyard avro dəyərində geniş əməkdaşlıq paketini razılaşdırıb. Xüsusilə də Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemi üçün bir neçə yüz raketin verilməsi nəzərdə tutulur.
Ukraynanın müdafiə naziri Mixail Fedorovun “Telegram” kanalı xəbər verir ki, almaniyalı həmkarı Boris Pistorius ilə danışıqlar aparıb.
“Ümumi dəyəri 4 milyard avro olan müdafiə üzrə razılaşmalar paketi əldə etdik. Bu paket hava hücumundan müdafiənin gücləndirilməsinə, uzaqmənzilli imkanların inkişafına və dronların birgə istehsalına yönəlib”, – deyə ukraynalı nazir qeyd edib.
Onun sözlərinə görə, üç mühüm saziş imzalanıb. Almaniya “Patriot” sistemləri üçün bir neçə yüz raketin alınmasına dair müqaviləni maliyyələşdirməyi öhdəsinə götürüb. Berlin Kiyevə 36 ədəd “IRIS-T” buraxılış qurğusu təqdim edəcək ki, bu da çoxsəviyyəli hava hücumundan müdafiə sistemini gücləndirəcək. Həmçinin Ukrayna və Almaniya uzaqmənzilli zərbə imkanlarına 300 milyon avro sərmayə qoyulması barədə razılığa gəliblər. Bu, Ukraynanın silah istehsalını artırmağa imkan verəcək.
Razılaşmalara əsasən, iki ölkə “Build with Ukraine” təşəbbüsü çərçivəsində süni intellektdən istifadə etməklə “mid-strike” tipli dronların birgə istehsalına başlayacaq. Birinci mərhələdə Ukrayna üçün 5 min pilotsuz uçuş aparatı istehsal olunacaq.
Baxış sayı: 95
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
