FACT-INFO.AZ » İQTİSADİYYAT » Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi yekunlaşıb
13-04-2026, 19:00 | İQTİSADİYYAT
Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi yekunlaşıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başa çatıb.

Düşərgənin əsas məqsədi Böyük Qayıdışa və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən dirçəliş prosesinə töhfə vermək istəyən Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin şəbəkələşməsini artırmaq , birlik və həmrəyliklərini gücləndirmək, onların təşəbbüskarlığını dəstəkləmək və bərpa-quruculuq prosesinə dair innovativ ideyalarını bir araya gətirməkdən ibarət olub.

Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ və Şərqi Zəngəzur regionundan olan 65 nəfər gəncin iştirakı ilə keçirilən və 4 gün davam edən düşərgədə gənclər “Dəmir Yumruq”, “8 Noyabr”, “Xarıbülbül”, “Zəfər” və “Qayıdış” adlı komandalar üzrə qruplaşdırılıblar. Düşərgə proqramı çərçivəsində gənclər üçün Vətən müharibəsi qazilərinin iştirakı ilə görüş, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyəti ilə bağlı infosessiyalar, tematik vorkşoplar, intellektual və komanda inkişafına yönəlmiş oyunlar, interaktiv təlimlər, həmçinin ekskursiyalar, asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif özfəaliyyətlər, musiqili-əyləncəli proqramlar və idman yarışları həyata keçirilib.

Düşərgə proqramı çərçivəsində iştirakçılar üçün ölkəmizin mədəni mərkəzləri olan Şuşa və Xankəndi şəhərlərinə ekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı gənclər Qarabağın qədim və zəngin mədəni-tarixi irsi ilə yaxından tanış olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərini və şəhərlərimizin dirçəlişini yerində müşahidə ediblər. Bu ekskursiya gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi ilə yanaşı, onlarda bölgənin gələcək inkişaf perspektivləri barədə real təsəvvürlərin formalaşmasına da xidmət edib. Şəhərlərin müasir siması və davam edən sürətli inkişaf prosesi düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30