Türkiyə Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün ciddi səylər göstərir.
Fact-info.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Anadolu agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.
Fidan qeyd edib ki, Ankaranın regionda gərginliyin qarşısını almaq üçün atdığı fəal addımlar diplomatik sahədə, o cümlədən regional və qlobal oyunçular arasında güc balansının qorunması məqsədilə də özünü göstərir.
“Vəziyyətdəki hər hansı dəyişiklik və bölgədəki qeyri-sabitlik Türkiyəyə bu və ya digər şəkildə təsir edir, ona görə də Ankaranın Cənubi Qafqaz da daxil olmaqla dünyanın müxtəlif yerlərində baş verən hadisələrə perspektiv dövlət vizyonu olmalıdır”, - deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.
Baxış sayı: 120
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
