Ermənistan-Azərbaycan sülh prosesinin irəliləməsinin əsas aspektlərindən biri əvvəlcədən razılaşdırılmış addımların ardıcıllığıdır. Bu gün biz bu gündəliyin vahid və uzunmüddətli olması barədə mövqeyi eşitdik.
Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.
Onun fikrincə, istər iqtisadi sahədə, istər vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əlaqə çərçivəsində, istərsə də Azərbaycan və Ermənistan diplomatları arasında siyasi danışıqlar formatında atılan hər bir addım sülh gündəliyinə töhfə verir.
Sülh prosesinə ictimai baxışla bağlı F.Məmmədov hesab edir ki, bu, ən mürəkkəb sahədir.
“Bu, vaxt, ardıcıl hərəkətlər və səbir tələb edir. Hər dəfə cəmiyyətlərimizdə bu prosesin mahiyyətini və əhəmiyyətini anlamağa başlayan insanların sayı artır. İnanıram ki, bu fəaliyyət bu göstəricilərin artmasına töhfə verəcək”, - deyə o qeyd edib.
Baxış sayı: 120
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
