FACT-INFO.AZ » CƏMİYYƏT » Polkovnik İlqar Quliyevin 70 illik yubiley mərasimi keçirilib
12-04-2026, 09:30 | CƏMİYYƏT
Polkovnik İlqar Quliyevin 70 illik yubiley mərasimi keçirilib
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının (Azərbaycan Respublikasının Veteranlar Təşkilatı) dəstəyilə milli təhlükəsizlik orqanlarının sabiq əməkdaşı, Polkovnik İlqar Əhməd oğlu Quliyevin 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbiri Azərbaycan Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan Polkovnik, İlqar Quliyevin ömür yolu barədə yenicə nəşr edilən "Zabit ömrü" kitabının baş məsləhətçisi Cəlil Xəlilov açdı. Azərbaycanın Dövlət Himni səsləndirildi, Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsi, həmçinin, mərhum polkovnik İlqar Quliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İlqar Quliyevin ömür yoluna həsr edilən videoçarx nümayiş olundu. Polkovnik Cəlil Xəlilov dedi: 
-"Dəyərli tədbir iştirakçıları, mən Sizə İlqar Quliyevin şəxsi və işgüzar keyfiyyətləri haqqında danışmaq istərdim. O zaman mən Dövlət Sərhəd Qoşunları Komandanının müavini vəzifəsində çalışırdım. İ. Quliyev isə "Sərhəd" qəzeti redakdiyasında. İlqar müəllim öz işi üçün yaranmışdı.Ona həvalə olunan işi həcminə baxmadan eyni qaydada, eyni təmkinlə aparırdı. İlqar müəllim sözübütöv insan idi, necə deyərlər, sözü onun imzası idi.Şəxsiyyət kimi hərtətəfli olması köməyinə çatırdı.O, Vətənini sonsuz məhəbbətlə sevirdi, milli düşüncəli vətənpərvər idi."
"Azərbaycanın fədakarlıq məktəbi" layihəsinin rəhbəri, ehtiyatda olan polkovnik Elşad Həsənov, ehtiyatda olan polkovnik, yazıçı-jurnalist Mahir Cavadlı, ehtiyatda olan polkovnik Elşad Qoca (İsayev), ehtiyatda olan polkovnik Lətif Babayev, yazıçı-jurnalist Nurəddin Ədiloğlu, yaxın qohumu, pedaqoq Ramiz Mikayılov çıxış edərək İlqar Quliyevlə bağlı xatirələrini söylədilər.
"Zabit ömrü" kitabının müəllifi, yazıçı - jurnalist Azər Hacıbəyli ( Səlimov) İlqar Quliyevin şərəfli ömür yolundan danışdı. Müəllif qeyd etdi ki, bu kitab İlqar Quliyevin 70 illik yubileyinə bir hədiyyədir. Kitabın məsul redaktoru Rövşən Həsənov dedi:-""Zabit ömrü" döyüş yolu keçmiş bir qrup zabitin əməyinin bəhrəsidir, ailə üzvləri, dostları və həmkarlarının ürək sözləridir, bir əsrlə məhdudlaşan adi insan həyatı haqqında deyil, xatirələrdə daim var olacaq Azərbaycan zabitinin, hərbçi - ziyalının əbədiyaşarlılıq hekayəsidir."
İlqar Quliyevin ailə üzvləri adından çıxış edən qızı Aysel xanım atasının xatirəsini əziz tutanların hər birinə öz təşəkkürünü bildirdi.
Şamil Sabiroğlu,
Mövsümağa Ədalət oğlu



Baxış sayı: 110
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30