FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub
10-04-2026, 18:00 | MƏDƏNİYYƏT
Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

 Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nizami adına Özbəkistan Milli Pedaqoji Universitetində baş tutan konfransda hər iki ölkədən yüksəksəviyyəli dövlət və ictimai xadimlər, parlament nümayəndələri, akademiklər, tanınmış alimlər və tələbələr iştirak ediblər.

Universitetin rektoru Hilola Umarova çıxışında bildirib ki, Nizami Gəncəvi və Əlişir Nəvai irsi qardaş xalqların ümumi sərvəti olmaqla ədəbi dialoqun etibarlı əsasını təşkil edir və universitet türkologiyanın inkişafına, eləcə də Azərbaycan elmi müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət ayırır.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında Azərbaycanın klassik ədəbi irsinin qardaş Özbəkistanda böyük maraqla qarşılandığını bildirib, Nizami Gəncəvi və Məhəmməd Füzuli yaradıcılığına xüsusi maraq olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında bildirib ki, əsrlər keçəndən sonra da Nizami Gəncəvi və Əlişir Nəvai bu qədər insanı bir yerə yığa bilirsə, bunun da təməlində dayanan bilikdir, elmdir: “Mən çox sevinirəm ki, Nizami Gəncəvinin adını daşıyan universitetdə 20 minə yaxın tələbə təhsil alır və onlar sabahın güclü Özbəkistanını, güclü Türk dünyasını daha da qüvvətləndirən kadrlar olacaq. İnanıram ki, gələcəkdə Özbəkistanla Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə xidmət edən mühüm dayaqlardan biri elə bu universitet olacaq”.

Akademik deyib ki, təxminən XI əsrdən başlayaraq XVIII əsrə qədər Nizami təxəllüsü ilə şeirlər yazan bir çox şairlər olub. Elə Nizami dövründə Nizami Əruzi Səmərqəndi var idi, XIII–XIV əsrlərdə də Nizami təxəllüslü şairlər az olmayıb. Ancaq bütün bu şairlərin arasında Nizami Gəncəvi hamısından yüksəkdə dayanır və Nizami adının yanında həmişə onun nisbəsi, doğulub boya-başa çatdığı şəhərin adı — “Gəncəvi” kəlməsi olub.

Akademik vurğulayıb ki, Nizami Gəncəvinin irsinin və adının düzgün şəkildə təqdim olunması, o sıradan elə bu universitetin ünvanında da tam halda göstərilməsi vacibdir.

Daha sonra Rafael Hüseynovun “Şərq ədəbiyyatında "Xəmsə" ənənəsi və Nizami-Nəvai səsləşmələri” mövzusunda məruzəsi dinlənilib. O, Nizami Gəncəvinin yaratdığı xəmsəçilik məktəbindən bəhs edərək Nəvainin türkcə dahi gəncəlinin beşliyinə ilk bütöv cavab yazan şair olmasından söz açıb, iki qüdrətli şairin yaradıcılığındakı kəsişmə nöqtələri üzərində dayanıb.

Akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai, türk mədəniyyəti məkanında yalnız mövcud olmamış, eyni zamanda bu məkanı formalaşdırmış böyük şəxsiyyətlərdir. O bildirib ki, Nizami Gəncəvinin əsərləri dil baxımından fərqli olsa da, onun düşüncə tərzi və yaradıcılığı türk mədəniyyətinin dərin izlərini daşıyır və bu irs Türk dünyasının ortaq mənəvi sərvəti kimi qiymətləndirilməlidir.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində fəlsəfi-humanist ideyalar sistemi” mövzusunda çıxış edərək hər iki mütəfəkkirin yaradıcılığında insan, ədalət və mənəvi dəyərlərin əsas yer tutduğunu qeyd edib. O vurğulayıb ki, bu irs müasir dövrdə də aktual olaraq qalmaqda davam edir və elmi baxımdan geniş şəkildə araşdırılmalıdır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, bu cür beynəlxalq konfransların təşkili Azərbaycan ilə Özbəkistan arasında ədəbi və elmi əlaqələrin inkişafına mühüm töhfə verir. O qeyd edib ki, Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilərin irsinin birgə şəkildə araşdırılması Türk dünyasında ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir.

Konfrans çərçivəsində Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun bölmə müdiri, filologiya elmləri namizədi Salimaxon Eşonova “Xəmsə”nin banisi Nizami Gəncəvinin Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutundakı əsərləri, Özbəkistan Milli Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru İbrahim Yoldaşev “Nizami Gəncəvi və Əlişir Nəvai: ustad-şagird ənənələri”, universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mubara Omonova isə “Nizami Gəncəvi irsinin Əlişir Nəvai yaradıcılığına təsiri” mövzularında məruzələrlə çıxış ediblər.




Baxış sayı: 95
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30