FACT-INFO.AZ » QHT » Gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb
10-04-2026, 17:30 | QHT
Gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.

Düşərgənin ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Daha sonra isə Ağcabədi şəhəri Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü, eləcə də suverenliyimizin bərpası uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Düşərgənin açılış mərasimi Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub. Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan düşərgənin açılış mərasimində “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin ictimai inkişaf sektorunun aparıcı məsləhətçisi Nigar Əzimova, Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Möhsümov və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Cavid Bünyadov çıxış ediblər. Rəsmilər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və güclü siyasəti, xalqımızın birliyi, eləcə də yenilməz Ordumuzun rəşadəti sayəsində Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin də rolundan danışıblar. Onlar qeyd ediblər ki, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində və Böyük Qayıdış prosesində də gənclərdən böyük gözləntilər var. Bu kimi düşərgələrin keçirilməsinin gənclərin milli ruhda formalaşmasına, eləcə də azad olunmuş torpaqların bərpası və Böyük Qayıdış prosesində fəal iştiraklarına mühüm töhfə verdiyi xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, 65 nəfər gəncin iştirakı ilə 4 gün ərzində davam edəcək “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi çərçivəsində, iştirakçılar üçün Qarabağ və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, Vətən müharibəsi qaziləri ilə görüşlər, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti mövzusunda infosessiyalar, interaktiv təlimlər, tematik vörkşoplar, intellektual və komanda inkişafı oyunları, eyni zamanda ekskursiyalar və asudə vaxt üçün əyləncəli fəaliyyətlər planlaşdırılıb.




Baxış sayı: 140
Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00 Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir 13-10-2026, 20:30 Şair, publisist Ağatahir Cəbirli yazır:  Ana Yurdum, sən ey nurlu səhərim! 13-10-2026, 20:05 Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı 13-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031