FACT-INFO.AZ » CƏMİYYƏT » “Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış
10-04-2026, 10:30 | CƏMİYYƏT
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə Türk xalqları folkloru şöbəsinin müdiri professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və müasir türk xalqları” monoqrafiyası çap olunub.

Fact-info.az xəbər verir ki, monoqrafik araşdırma “Kitabın yazılma səbəbi” adlanan giriş hissədən, “Oğuz elinin yaranması və etnosiyasi tarixi”, “Türkmanlar” və “Etnosun sonu və yeni etnosiyasi birliklər” adlanan üç fəsildən, qaynaqlardan, rus və ingilis dillərində xülasələrdən ibarətdir. Giriş hissədə etnik tarixi bir yana qoyaraq milli tarixi siyasi müstəvidə təqdim edən tarixçilik yanaşması tənqid olunur.

Araşdırma oğuzların etnik tarixi ilə başlayır. Burada oğuz sözünün sosial anlamı ilə etnik anlamı bir-birindən fərqləndirilib və bu müstəvidə Orxon abidələrində adıçəkilən oğuzlarla Sırdərya oğuzlarını eyniləşdirən düşüncənin yanlışlığı üzə çıxarılıb.

Kitabın II fəslində türkman etnoniminin müxtəlif yozumlarına münasibət bildirilib. Onların tarix səhnəsinə çıxışı və bir etnos olaraq formalaşması prosesi izlənib, etnik tərkibinə diqqət yetirilib, türkman etnosisteminin təbiəti öyrənilib. Müəllif VIII əsrdə tarix meydanına çıxmış və İslam dinini qəbul etmiş türklərin türkmanlar adlandırıldığını qeyd edib. Müəllifin fikrincə, Türkiyə türkləri, Azərbaycan türkləri və Türkmənistan türkmənləri bu hadisədən sonra müstəqil xalqlar kimi formalaşmağa başlayıblar. Bundan başqa, monoqrafiyada bu xalqların etnik hüdudlarından, başqa türk xalqlarının tərkibinə qatılan türkman qruplarından da bəhs edilir.

Etnik tarix ədəbiyyat, dil, folklor və bütövlükdə etnik mədəniyyətin doğru və dürüst öyrənilməsi üçün kontekst rolunu oynayır. Bu baxımdan oxuculara təqdim olunan bu monoqrafik araşdırma tarixçilərlə bərabər, filoloqlara da faydalı ola bilər.




Baxış sayı: 115
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30