Azərbaycan, Türkiyə və Şimali Kipr arasında üçüncü görüşümüz keçirilir. Bu görüşlər davam edəcək. Amma artıq bu toplantılarda konkret məsələləri müəyyənləşdirib onların üzərində işləməliyik. Məsələn, təhsil sahəsində nə etməliyik? Enerji və təhlükəsizlik məsələsi də son dərəcə vacibdir.
Fact-info.az xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşündəki çıxışı zamanı deyib.
O qeyd edib ki, mədəniyyət sahəsində mədəniyyətimizi və incəsənətimizi daha yaxşı inkişaf etdirəcəyimiz, gənclərimiz üçün yeni imkanlar yaradacağımız sahələr formalaşdırmalıyıq. Bu baxımdan bu toplantılar çox dəyərlidir.
Şamil Ayrım bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatının güclənməsi, Azərbaycanın sədrliyi dövründə daha da fəallaşması və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda daha aktiv şəkildə təmsil olunması mühüm irəliləyişdir.
Baxış sayı: 70
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
