FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Özbəkistanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş toplantı keçirilib
9-04-2026, 11:00 | MƏDƏNİYYƏT
Özbəkistanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş toplantı keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.

Görkəmli özbəkəsilli Azərbaycan alimi, dilçi və ictimai xadim, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunan seminar qurultayın 100 illiyi münasibətilə təşkil olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilib.

Tədbirdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru, professor Qudratilla Omonov Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib, universitetin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına ünvanlandığı təbrik məktubunu səsləndirib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, bu qurultay türkoloji tədqiqatların sistemli inkişafına təkan verərək ortaq elmi platformanın formalaşmasına xidmət edib.

Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında qurultayın tarixi və ideoloji əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu mövzu bu gün də aktuallığını qoruyur və Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. O bildirib ki, Birinci Türkoloji Qurultay yalnız eyni dili paylaşan xalqların toplantısı deyil, müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı elmi platforma idi. Akademikin sözlərinə görə, həmin dövrdə alimləri birləşdirən əsas amil türkçülük ideyası olmuş və bu ideya türkoloji elmin formalaşmasında mühüm rol oynayıb. O, həmçinin vurğulayıb ki, Mahmud Kaşğarlının “Divani-luğat it-türk” əsəri türkoloji elmin, eləcə də linqvistika, etnoqrafiya və tarix sahələrinin inkişafı üçün fundamental əsas yaradıb.

Akademik Nizami Cəfərov çıxışında Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, həmin dövrdə Azərbaycanda latın əlifbasına keçid prosesi artıq başlamışdı və qurultayın əsas məqsədlərindən biri bu əlifbanın bütün türk xalqları arasında tətbiqinin müzakirəsi idi. O əlavə edib ki, qurultayda bir sıra mühüm məsələlər müzakirə olunmuş, lakin sonrakı dövrdə baş verən repressiyalar bu proseslərin davamlı inkişafına maneə olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, belə tədbirlərin keçirilməsi türk xalqlarının ortaq elmi və mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan bu beynəlxalq elmi-praktik seminar Azərbaycan ilə Özbəkistan arasında elmi-humanitar əməkdaşlığın daha da genişlənməsinə xidmət edir.

Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib ki, Birinci Türkoloji Qurultay çərçivəsində əlifba, ədəbiyyat və tarixlə bağlı mühüm məruzələr təqdim olunmuş, türk xalqlarının ortaq dil və mədəni irsi geniş şəkildə müzakirə edilib. O vurğulayıb ki, bu kimi tədbirlər həmin irsin yenidən dəyərləndirilməsi və müasir elmi mühitdə aktual şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Seminar çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan “Türk xalqlarının tarixində ilk elmi toplantı”, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova isə “Xalid Səid Xocayevin irsi: Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə, həmçinin professor Rüstəm Şaripov, professorlar Həmidulla Baltabayev, Adhambek Alimbekov, Marufjon Yoldaşov, filologiya elmləri doktoru Salima Rustamiy, dosent Cumali Şabanov və digərləri çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən bəhs ediblər.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30