FACT-INFO.AZ » QHT » “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilib
8-04-2026, 15:00 | QHT
“Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilib

7 aprel tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilib.

Forumun əsas məqsədi mina təhlükəsi ilə mübarizə sahəsində maarifləndirmənin artırılması, bu istiqamətdə görülən işlərin ictimaiyyətə çatdırılması, eləcə də gənclərin bu prosesə cəlb olunmasıdır.

Forum çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarını və mina hadisələrindən zərərçəkmiş şəxslərin həyat hekayələrini əks etdirən foto-sərgi nümayiş olunub. Sərgidə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyətləri, mina təhlükəsinin yaratdığı fəsadlar, həmçinin bu istiqamətdə görülən işlər barədə vizual materiallar təqdim edilib. Sərgi qonaqlar, Qayıdış könüllüləri, gənclər və mətbuat nümayəndələri tərəfindən izlənilib.

Forum Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov gənclərin və onların iştirakı ilə əhalinin mina təhlükəsi ilə bağlı maarifləndirilməsinin vacibliyini vurğulayıb. O, gənclər və könüllü təşkilatlarının, Qayıdış könüllülərinin bu istiqamətdə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib. Gənclər Fondunun bu kimi  təşəbbüslərə hər zaman dəstək olduğunu, gənclərin maarifləndirmə işində və təhlükəsizlik mədəniyyətinin formalaşmasında iştirakçılığının artırılmasına daim çalışdıqlarını diqqətə çatdırıb.

ANAMA-nın Aparat rəhbəri Rauf Hüseynov çıxış edərək işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsi və bu təhlükənin aradan qaldırılması istiqamətində həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətləri barədə məlumat verib, həmçinin mina təhlükəsindən azad, təhlükəsiz və dayanıqlı gələcəyin yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin birgə səyləri nəticəsində mümkünlüyünü bildirib.

Milli Məclisin deputatı Qaya Məmmədov isə mina təhlükəsinin yaratdığı sosial-humanitar nəticələrdən bəhs edərək bu istiqamətdə birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Daha sonra “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış edərək işğaldan azad olunmuş ərazilərdə Qayıdış könüllüləri tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. O, ANAMA ilə əməkdaşlıq əsasında birgə həyata keçirilən “Təhlükəsiz Qayıdış” - Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Proqramını diqqətə çatdırıb. Qeyd edib ki, proqramın əsas məqsədi Qayıdış könüllülərinin mina təhlükəsizliyi sahəsində təlimçilik bacarıqlarının inkişaf etdirilməsi və işğaldan azad olunmuş yaşayış məntəqələrində məskunlaşan əhali arasında onlar vasitəsilə mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin aparılmasıdır.

Forumun ikinci hissəsində panel müzakirə təşkil olunub. ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar İrzaquluyevin moderatorluğu ilə keçirilən panel müzakirədə ANAMA-nın Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Elnur Qasımov, Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı və ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin əməkdaşı, minadan zərərçəkmiş şəxs Həsənəli Əliyev iştirak ediblər. Spikerlər müzakirədə  postmünaqişə dövründə təhlükəsiz mühitin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətlər, mina təhlükəsinin yaratdığı fəsadlar, gənclərin və könüllülərin mina təhlükəsinə qarşı mübarizədə əsas hərəkətverici qüvvə olması, maarifləndirmə layihələri barədə fikir mübadiləsi aparıblar.

Qeyd ki, 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr edilmiş tədbirlər planı çərçivəsində həyata keçirilən forum bir daha ictimaiyyətin mina təhlükəsinə dair maarifləndirilməsi, bu təhlükəyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

 




Baxış sayı: 85
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30