FACT-INFO.AZ » AKTUAL » Fenomen şəxsiyyət, şəhid polkovnikin həyat hekayəti
8-04-2026, 12:30 | AKTUAL
Fenomen şəxsiyyət, şəhid polkovnikin həyat hekayəti
Müqəddiməsiz mövzuya keçərək fenomen şəxsiyyət, şəhid polkovnik Füzuli Cavadovun həyat və döyüş yoluna nəzər salaq. Polkovnikin Zirə qəsəbəsində, vaxtılə yaşadığı ata yurdunda ailə üzvləri ilə söhbət etdik.
Xatırlatmaq yerinə düşər ki, o, həm peşəkar hərbçi, Azərbaycanın ən tanınmış pilotu, həm də mənəviyyat adamı, ədəbiyyat bilicisi olub. Şəhidimizin qızı Nərmin xanım atası ilə bağlı xatirələrini bizimlə bölüşür:
“Atam peşəkar hərbçi olmaqla bərabər, nümunəvi ailə başçısı, gözəl ata, millətini sevən insan idi. Biz bəzən ona zarafatla deyirdik ki, sən hərbçi peşəni ailəndən çox sevirsən. O zaman atam sadəcə gülümsəyirdi. Sanki atam vətən üçün doğulmuşdu, elə vətən üçün də bu dünyadan köçdü. O, bu həyatda 55 il ömür sürdü, bir dəfə olsa da, öz hərbçi peşəsindən yorulmuşam demədi, narazılıq bildirmədi. Mən özüm də hərbi sahədə çalışıram. Bəzən düşünürəm ki, o, müxtəlif yüksək vəzifələrdə olmağına baxmayaraq, həm bizə, həm ata-anasına, həm də digər insanlara vaxt ayırırdı, hər bir məsələyə həssaslıqla yanaşırdı. Atam Azərbaycanda yeganə pilot idi ki, 4 növ helikopteri həm idarə edə bilirdi, həm də uçuş icazəsi var idi. Bizim 9-10 yaşımız olanda atam rəhbərlikdən icazə alaraq bizi qısa məsafəli olsa da, uçuşlara aparırdı. Uşaq düşüncəmizdə helikopterlə uçuşlarda iştirak etməkdən böyük zövq alırdıq. Həmin anlar yaddaşımızda unudulmaz xatırə kimi qalıb. Atam hətta belə uçuşlarda iştirak edən zaman bizə heç nədən qorxmamağı, cəsarətli olmağı tövsiyə edirdi”.
Atasının qanlı döyüşlərdə iştirakına toxunan Nərmin xanım sözlərinə davam edir: “Atam peşəkar zabit, pilot olaraq Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində və həmçinin, Vətən müharibəsində iştirak edib. Amma döyüş nöqtələri, hərbi məsələlərlə bağlı bizə heç nə danışmırdı. Peşəkar hərbçi olaraq gücünü döyüş zonasında göstərirdi. İkinci Qarabağ müharibəsi başlayan vaxtı atam xaricdə ezamiyyətdə olub. Azərbaycana oktyabrın 5-də gəlir və gələn kimi dərhal döyüşlərə qatılır. Onu da qeyd edim ki, atam həm də pilotların hazırlanmasında, aviasiya üçün kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Bu gün o pilotların hansından soruşsanız onların hər biri atamı özlərinin müəllimi hesab edəcəklər”.
Fenomen şəxsiyyət olan Füzuli müəllim haqqında gerçəkdən çox danışmaq, yazmaq olar. Amma bu dünyaya gələn hər kəs, kimliyindən, statusundan, vəzifəsindən asılı olmayaraq, bir gün əbədi dünyasına qovuşur. Nərmin xanım atasının şəhid olması xəbərini aldığı anları belə xatırlayır: “Mənə zəng etdilər ki, bəs helikopter qəzaya uğrayıb, atan yaralanıb. Mən özüm hərbi sahədə çalışıram və bilirəm ki, helikopter qəzaya uğrayıbsa, oradan sağ çıxmaq möcüzədir. Ona görə, çox narahat idim, dəqiqləşdirməyə çalışdım. Evə, Zirə qəsəbəsinə gəldim. Sonradan hər şey məlum oldu. Atam 55 yaşında şəhid olmuşdu. Təbii ki, bu çox ağır faciə olsa da, çalışdım təmkinimi saxlayım, evdəkilərə, ailəmə dəstək olum”.
Gerçəkdən Füzuli müəllim intellektual müstəvidə çox zəngin insan olub. O, hərb sənətini gözəl bilməklə bərabər, Azərbaycan ədəbiyyatını, tarixini hər zaman sevərək öyrənirmiş. O da bəlli oldu ki, Füzuli Cavadov həm də klassik musiqilərimizin bilicisi və dinləyicisi olub. Deyilənə görə, Füzuli müəllim kənd toylarına muğam ifaçıları gələndə həmin məclislərdə mütləq iştirak edirmiş. Azərbaycanın hərb sənətinə, klassik ədəbiyyatına və muğamına o, milli düşüncə və millət sevgisi kontekstindən yanaşıb. Onun zəngin kitabxanasının olması, evində həftədə bir dəfə ədəbi-bədii gecələr təşkil etməsi bunun göstəricilərindən biri idi.
Həmin məclislərin iştirakçılarından biri ruhani, ədəbiyyat sevdalısı Qədir Nəcəfli bu məqamlara nəzər salıb:
“Füzuli müəllim hərbçi olmasına baxmayaraq, klassik ədəbiyyatımıza, sənətə böyük maraq göstərirdi. O, xeyli müddət idi ki, öz evində mütəmadi olaraq ədəbi-bədii gecələr təşkil edərək, bu görüşlərə çox tanınmış sənət adamlarını, klassik poeziya bilicilərini dəvət edirdi. Çox maraqlı keçən belə məclislərdə hər dəfə Azərbaycanın bir klassik şairindən, söz adamından söhbət açılırdı. Biz hər dəfə belə məclislərdən böyük zövq alırdıq, maariflənirdik, kitaba, poeziyaya sevgimiz artırdı. Ədəbi məclislərin yüksək səviyyədə təşkilinə görə, bu gün Füzuli müəllimi rəhmətlə anırıq. O, çox maraqlı keçən görüşümüzün sonunda hər zaman bizə növbəti məclisə, yeni mövzuda hazırlaşmağımızı tövsiyə edirdi. Füzuli müəllimdə insanlara, milli dəyərlərimizə böyük sevgi olub. Sizə bir şey deyim. Onun ölüm xəbərini eşidəndə bir saat yerimdən qalxa bilmədim. Həyatda heç vaxt bu qədər sarsılmamışdım. Onunla vidalaşmağa minlərlə insan gəlmişdi. İzdiham onu son mənzilə yola saldı”.
Ehtiyatda olan polkovnik-leytenant Bayram Axundov Füzuli müəllimi belə xatırlayır: “Füzuli Cavadovla ilk tanışlığım 1992-ci ilə təsadüf edir. Mən həmin vaxt Qalada hərbi hissədə çağırışçı–əsgər kimi xidmət edirdim. Həmin dövrlərdə Qarabağda qızğın döyüşlər gedirdi. Bizim hərbi hissə yeni yaranmağa başlayırdı. Hərbçi pilot az sayda idi. Azərbaycanın bir çox mülki pilotları yeni yaradılmış hərbi hissədə xidmət etməyə başlamışdı. Müharibə zamanı bizim hərbi hissədən helikopterlər döyüşdə iştirak edirdi. Sözsüz ki, döyüşdə itkilər də olurdu. Bizim hərbi hissənin helikopterindan bir neçəsi döyüş zamanı vuruldu. Qəhrəman pilotlarımız şəhid oldular. Həmin dövrlərdə pilotlara çox ehtiyac var idi. Rəhbərlik qərar verdi ki, qısamüddətli kurs və uçuş hazırlığı yaradılsın. Füzuli Cavadov həmin təlim mərkəzinə daxil oldu. Təlim mərkəzinin məqsədi uçuş heyətinin uçuşlara hazırlanması idi. İlk məzunlar 1993-cu ildə kursu bitirib döyüşə qatıldılar. Mənim də həmin dövrdə tanıdığım pilotlardan polkovnik Füzuli Cavadov idi. 1994-cü ildə atəşkəs elan olundu. Birinci Qarabağ müharibəsi dayandı. Qalada yenidən 3 illik pilot və uçuş hazırlığı təlim mərkəzi fəaliyyətini davam etdirdi. Mən ehtiyatda olan polkovnik leytenant Axundov Bayram Həsən oğlu 1994–1997-ci illərdə həmin təlim mərkəzinin məzunu oldum. 1997-ci ildə təyinatımız polkovnik Füzuli Cavadovun xidmət etdiyi eskadrilyaya verildi və orada zabit kimi xidmətə başladım. Mənim xatirəmdə Füzuli müəllim çox vətənpərvər bir zabit kimi qalıb. Biz gənc pilotlar uçuşlara başlayanda o, əlindən gələn köməyi edirdi. Bir müddət sonra o, bizim eskadrilya komandirimiz oldu. Uçuşlarda yorulmadan gənc uçuş heyəti ilə təlimatçı kimi pilot hazırlayırdı. Füzuli Cavadov gənc pilotlara ailə, məişət söhbətlərində də doğru istiqamət verirdi. Bəzən yemək süfrəsi təşkil edir, tabeçiliyində olan zabit, gizir heyəti ilə bərabər masada oturub tarixdən, vətəndən, dövlətimiz haqqında dərin söhbətlər edərdi. Komandanlıq Füzuli Cavadovun təcrübəsini qiymətləndirib, onu təqdimatçı–pilot təyin etdi. Bir müddət sonra o, tərxis oldu və Sərhəd Qoşunlarında xidmətini davam etdirdi. Baş vermiş faciə bizləri çox üzdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Polkovnik Füzuli Cavadov yaddaşımızda hər zaman fəadakar, peşəkar zabit kimi qalacaq”.
Xatırladırıq ki, Füzuli Cavadov 1966-cı ildə Bakının Zirə qəsəbəsində anadan olub. Onun bir həftə öncə atası Əlibram Cavadov vəfat edib. Atasının vəfatının yeddisi olan gün isə o, özü helikopter qəzasında həlak olub. Polkovnik Füzuli Cavadovun Nərmin və İkram adlı iki övladı var. Qızı Nərmin Cavadova DSX-də xidmət edir. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Füzuli Cavadov ölümündən sonra “Vətən uğrunda” medalı ilə və 3-cu dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əkrəm Bəydəmirlinin "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı



Baxış sayı: 355
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031