Türk dövlətlərinin dünya iqtisadiyyatındakı payı təxminən 2 faizdir. Türk dövlətləri arasında qarşılıqlı ticarətin həcmi isə təxminən 57 milyard ABŞ dollarıdır.
Bu fikri TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının aprelin 7-də keçirilən on üçüncü iclasında komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Anas Bakkojayev deyib.
O bildirib ki, türk dövlətlərinin xarici ticarətinin həcmi 1,1 trilyon ABŞ dolları həcmindədir. Türk dövlətləri öz aralarında, həmçinin Asiya və Avropa bazarlarına ixracı artırmaq üçün böyük imkanlara malikdirlər. “Bu isə, öz növbəsində, ölkələrimiz arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, daxili ticarətin artırılması yolu ilə iqtisadi diversifikasiyanın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı ilə türk əməkdaşlığının möhkəm təməlini təşkil etməlidir. Bunun üçün lazımi addımlar atılmaqdadır”, - deyə Anas Bakkojayev diqqətə çatdırıb.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
