FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Cənubi Qafqazda yeni perspektivlər açılır
7-04-2026, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
Cənubi Qafqazda yeni perspektivlər açılır

Gürcüstan Azərbaycanın ən yaxın və strateji müttəfiqlərindən biridir. Azərbaycanın Avropaya çıxışı, enerji resurslarının birbaşa Avropa bazarlarına nəqli məhz Gürcüstan üzərindən həyata keçirilir. Bu baxımdan, Azərbaycan hər zaman Gürcüstanda sabitliyin və davamlı inkişafın tərəfdarı və bu ölkədə milli maraqlarımıza hörmətlə yanaşan dayanıqlı hökumətin formalaşmasında maraqlı olub.

Son iki il ərzində Gürcüstanın ABŞ və Avropa İttifaqı tərəfindən təzyiq, təcrid və sanksiya siyasəti ilə üzləşdiyi bir dövrdə Azərbaycan Gürcüstana açıq və ardıcıl dəstək nümayiş etdirən nadir tərəfdaşlardan biri kimi çıxış edib. Bu müddətdə Prezident İlham Əliyev dəfələrlə Gürcüstana siyasi və mənəvi dəstəyini ifadə edib, Gürcüstan rəhbərliyini Bakıya dəvət edib, özü Tbilisiyə səfərlər həyata keçirib. Burada 2008-ci ilin qışında Gürcüstanın enerji böhranı və donma təhlükəsi ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın daxili təbii qaz ehtiyatları hesabına bu ölkəyə göstərilən təcili dəstəyi də xatırlatmaq yerinə düşər. Bu faktlar Azərbaycan–Gürcüstan münasibətlərinin dərin mahiyyətini üzə çıxararaq, bu əlaqələrin “dost dar gündə tanınar” deyiminin real siyasətdə ardıcıl və etibarlı şəkildə tətbiq edildiyini nümayiş elətdirir.

2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri isə bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu səfər həm də regionda və dünyada baş verən hadisələr baxımından son dərəcə həssas bir vaxta təsadüf edir. Bir tərəfdən qonşu İranda gedən müharibə, digər tərəfdən Ermənistanda iki aydan sonra keçiriləcək seçkilər fonunda dövlətimizin başçısının Tbilisidə verdiyi bəyanatlar xüsusi maraq doğurur. Belə bir şəraitdə həyata keçirilən bu səfər yalnız Azərbaycan–Gürcüstan münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasına birbaşa təsir edir.

Tbilisidə səsləndirilən mesajlar açıq şəkildə göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq ənənəvi dostluq və qonşuluq çərçivəsini aşaraq regionun təhlükəsizlik, enerji və nəqliyyat sisteminin əsas sütunlarından birinə çevrilib.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri xalqlar arasında formalaşmış dərin tarixi bağlılıqdır. "Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq və qardaşlıq şəraitində yaşamışlar” fikri bu münasibətlərin möhkəm tarixi təmələ söykəndiyini göstərir. Lakin bu bağlılıq artıq yeni siyasi və iqtisadi məzmun qazanıb. Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirir, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları üzrə koordinasiyalı siyasət həyata keçirir.

"Çıxışın ən diqqətçəkən və strateji baxımdan ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesi və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq regionda formalaşmaqda olan yeni reallıqları aydın şəkildə ifadə etdi və vurğuladı ki, artıq Cənubi Qafqazda keyfiyyətcə fərqli bir mərhələyə keçid baş verir.

Prezident İlham Əliyevin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və region ölkələri bu imkanları əldən verməməlidir” fikri, yeni regional yanaşmanın ideoloji əsasını təşkil edir. Bu yanaşmaya görə sülh artıq yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Əksinə, sülhün dayanıqlılığı onun iqtisadi əsaslarla möhkəmləndirilməsindən asılıdır.

Prezidentin çıxışında səsləndirilən digər mühüm tezis “Cənubi Qafqazın artıq münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi” haqqındadır ki, bu da regionda baş verən transformasiyanın mahiyyətini açıq şəkildə ifadə edir. Əgər əvvəlki dövrdə qarşıdurma, münaqişə və geosiyasi rəqabət dominant idisə, bu gün əməkdaşlıq, tranzit imkanları və iqtisadi inteqrasiya ön plana çıxır. Məhz bu üç komponent Cənubi Qafqazı davamlı sülh və inkişaf məkanına çevirə biləcək əsas amillər kimi çıxış edir.

Bu transformasiyanın mərkəzində isə Azərbaycanın təşəbbüskar və lider rolu, Prezident İlham Əliyevin siyasi iradəsi dayanır.

Milli Məclisin deputatı Azay Quliyev




Baxış sayı: 130
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30