FACT-INFO.AZ » CƏMİYYƏT » Qadın qəlbinin səngəri
6-04-2026, 21:00 | CƏMİYYƏT
Qadın qəlbinin səngəri

1965-ci il, 10 mayda Mingəçevir şəhərində dünyaya göz açan Rəna xanım, sadə bir ailənin sevinci idi. Körpəlik illərinin saf nəfəsi onun gələcəkdə yaşayacağı ağır taleyin kölgəsini gizlədirdi. 1972-ci ildə Mingəçevir şəhəri 14 nömrəli məktəbin birinci sinfinə daxil oldu, 1980-ci ildə isə həmin məktəbi bitirdi. O illərdə gənclik xəyalları, saf gülüşləri, ümid dolu baxışları onun gələcəkdə qarşılaşacağı ağır imtahanlardan xəbərsiz idi.

1982-ci ildə Ramazan Zaman oğlu ilə ailə həyatı qurdu. Bu, onun üçün sevginin, mehribanlığın, sadə həyatın başlanğıcı idi. Lakin bu sevgi bir gün Vətən uğrunda mübarizənin ən ağır yükünü daşıyacaqdı. Ramazan sadəcə bir həyat yoldaşı deyildi – o, torpağın müdafiəçisi, millətin igid oğlu idi. Rəna xanım isə bu igid oğlun yanında səssiz bir qəhrəman, görünməz bir dayağa çevrilirdi.

Mənfur düşmən torpağa hücum edəndə, Ramazan silaha sarıldı. O an Rəna xanımın həyatında yeni bir dövr başladı – gözləmək dövrü. Gözləmək isə bəzən döyüşməkdən daha ağırdır. Gecələr onun üçün sonsuz idi. Qapıya dikilən gözlər, hər səsə titrəyən hisslər, dualarla islanmış yastıqlar – bunlar bir qadının səngəri idi. O səngərdə silah yox idi, amma səbr vardı.

Ramazan evə dönəndə barıt qoxusu ilə gəlirdi. Uşaqlarının saçlarını tumarlayaraq “Vətən bizimdir, biz qorumalıyıq” deyirdi. Bu sözlər balaca ürəklərdə böyük bir amalın toxumlarını səpirdi. Rəna xanımın göz yaşları torpağın suyu kimi idi. Onun duaları səngərin sipərinə çevrilirdi. Çünki Vətən yalnız döyüş meydanında deyil, evin içində də qorunurdu.

On günlərlə xəbərsiz qalmaq, hər günün bir əsrə çevrilməsi – bu, qadın qəlbinin çəkdiyi görünməz mübarizə idi. O mübarizə Ramazanın gülləsi qədər güclü idi. Ramazan haqqın dərgahına qovuşdu. Lakin onun adı “Şir Ramazan” kimi xalqın yaddaşında əbədi yaşadı.

Rəna xanım isə qürurla dedi: “Mən bir qəhrəman zabitin həyat yoldaşıyam.” Bu sözlərdə həm kədərin ağırlığı, həm də qürurun ucalığı vardı. Çünki sevgi yalnız bir ailənin deyil, bütöv bir millətin taleyinə çevrilmişdi.

Rəna xanımın taleyi bizə öyrədir ki, Vətən sevgisi yalnız döyüş meydanında deyil, qadın qəlbində də yaşanır. Onun səbrində, göz yaşında, dualarında Vətənin gücü gizlidir. Bu gün biz hər bir Azərbaycan vətəndaşı bu cür məğrur xanımların qarşısında baş əyirik.

Çünki onlar igidlərin yadigarı, millətin şərəfini daşıyan müqəddəs simvoludurlar. Onların göz yaşları torpağın suyu, duaları səngərin sipəri, səbrləri isə millətin gücüdür. Rəna xanımın gecələri göz yaşları ilə yoğrulmuş, səhərləri dualarla açılmışdı. Hər gün bir əsrə bərabər idi, hər an bir ömür qədər ağır idi.

Uşaqlarına baxaraq təsəlli tapırdı, onların gülüşündə Ramazanın ruhunu görürdü. Hər saç tumarlayanda, hər baxışda Vətən sevgisinin alovu yanırdı. Onun qəlbi həm həsrətin, həm də qürurun ən incə titrəyişlərini daşıyırdı.

Rəna xanımın həyatında hər gün bir imtahan idi. O, səssizcə döyüşürdü – səngərdə deyil, evin içində. Onun silahı səbr, qalxanı isə duaları idi. Hər gecə qaranlıqla üz-üzə qalanda, içində bir işıq yanırdı – Ramazanın ruhunun işığı. O işıq ona güc verirdi. Hər səsə titrəyən hisslər, hər kölgədə gizlənən qorxu, hər göz yaşında gizlənən həsrət – bunların hamısı bir qadının görünməz mübarizəsi idi. Amma bu mübarizə onu sınmadı, əksinə, daha da ucaltdı.

Rəna xanımın hekayəsi bir qadının taleyi deyil, bir millətin dastanıdır. Onun həyatında sevgi, həsrət, səbr və qürur birləşərək Vətən sevgisinin ən saf formasına çevrilmişdir. Bu hekayəni oxuyan hər kəsin qəlbi titrəyir, gözləri yaşla dolur, lakin içində böyük bir qürur alovu yanır.

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu,
AJB-nin üzvü,
yazıçı-publisist




Baxış sayı: 140
Göyçə aşıq məktəbinin istedadlı davamçısı: Aşıq Rəfiqə Göyçəli Dünən, 20:30 Beynəlxalq Qafqaz Konqresinin iştirakçıları İğdır Azərbaycan Evini ziyarət ediblər Dünən, 17:30 Ermənistanın konstitusiya riskləri Dünən, 17:00 Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Dünən, 16:30 “İpək irsimiz – Kəlağayı”: Azərbaycan Kəlağayısı Gününə həsr olunan tədbir Dünən, 16:00 Uzbekistan to welcome Azerbaijan Culture Days once again Dünən, 14:30 Ukraynanın F-16 təyyarələrinin texniki xidmət xərclərini Avropa ölkələri ödəyəcək Dünən, 13:00 Bu gün Azərbaycan Kəlağayısı Günüdür Dünən, 11:00 Pərviz Şahbazov: Zəngəzur dəhlizi Şərqlə Qərb arasında yeni marşrut açacaq Dünən, 11:00 Kəlbəcərdə sərgilər təşkil olunub Dünən, 10:00 Azərbaycan-Özbəkistan əməkdaşlığında təmiz enerjiyə keçid xüsusi əhəmiyyət daşıyır 25-11-2026, 21:00 Ermənistanın yeni Konstitusiyası, Azərbaycanla sülh və Türkiyə-Ermənistan münasibətləri: Cənubi Qafqazda yeni mərhələ 25-11-2026, 18:30 Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations 25-11-2026, 17:30 Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib 25-11-2026, 17:30 Tənzilə Narbayeva: Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir 25-11-2026, 13:30 Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub 25-11-2026, 11:30 İtaliyada “Azərbaycanın harmoniyası: Şərq ilə Qərb arasında” adlı konsert olub 25-11-2026, 10:00 Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür 25-11-2026, 09:30 Bakıda memarlıq sahəsində rəqəmsal erqonomik sistemin təqdimatı olub 25-11-2026, 08:30 Maka Boçorişvili: "Gürcüstanla Azərbaycan delimitasiya prosesində irəliləyişin əldə olunması üçün səylərini davam etdirir" 25-11-2026, 08:00 Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır 24-11-2026, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir 24-11-2026, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək 24-11-2026, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” 24-11-2026, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil 24-11-2026, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib 24-11-2026, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 24-11-2026, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib 24-11-2026, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik 24-11-2026, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM 24-11-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30