FACT-INFO.AZ » CƏMİYYƏT » Vətənə qələbə əzmini gətirən Əlibala Əsədov
5-04-2026, 11:00 | CƏMİYYƏT
Vətənə qələbə əzmini gətirən Əlibala Əsədov

 

Şəhidlərimizin, qazilərimizin böyük qəhrəmanlığı, şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. Qarabağ savaşının əfsanəvi döyüşçülərinin həyat yoluna və döyüş anlarına nəzər salmaq,   qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. Belə müqəddəs missiyanı yerinə yetirmək ilahi həqiqətə inamdan, milli dəyərlərimizə sadiqlikdən irəli gəlir.

 

Vətənə qələbə əzmini gətirən Əlibala Əsədovun həyat yoluna nəzər salaq.

 

Hərbi xidmətini başa vurub evə gəlməyinə sayılı günlər qalmışdı. Həmin vaxtda torpaqlarımızı  işğaldan azad etmək məqsədilə antiterror əməliyyatı keçirildi.

 Şəhidimizin atası Əli kişi  söhbətə bu cümlələrlə başlayır. O, övladı ilə bağlı xatırələrinə nəzər salır:

—Əlibala uşaqlıqdan fəal olub. Orta məktəbi yaxşı oxuyub. Amma 9-cu sinifdən sonra ailəmizə kömək etmək məqsədilə işləməyə başladı. Usta kimi çalışdı. Zəhmətə bağlı olan Əlibala idmanı çox sevirdi, mütəmadi olaraq üzərində çalışırdı.  Əlibalanın digər bir xüsusiyyəti var idi ki, o, ibadət əhli olaraq avazla quran oxumağı bacarırdı. O, çox istedadlı uşaq idi. Sonradan elə gətirdi ki, Əlibala hərbi xidmətə yollandı. Orada hamının etimadını qazanmışdı. Mən onun hərbçi yoldaşları ilə söhbət etmişəm. Onların hər biri, hətta komandirləri Əlbalanın  yüksək döyüş bacarığından danışırlar”.

Şəhidimizin anası Cahan xanım söhbətə qoşulur: “Əlibalanın uşaqlıq, yeniyetməlik dövrü haqqında yalnız yaxşı fikirlərim, xatirələrim var. O, hər kəsə, böyüyə də, kiçiyə də  hörmətlə yanaşırdı. Əlibala evin tək oğlu idi. O, 2010-cu ildə 185 nömrəli məktəbə gedib. 2019-cu cu ildə həmin məktəbin məzunu olub. Onun Vətəninə, ailəsinə, dininə xüsusi sevgisi vardı. O, həmişə deyirdi: “Mən şəhid olacağam”. Döyüşlərə qatılmaq, torpaqları azad etmək və şəhid olmaq onun arzusu idi. Elə oldu ki, o, 2 aprel 2022 ci ildə həqiqi hərbi xidmətə getdi. Orada xüsusi təyinatlı qüvvələrə yazılıb və döyüş hazırlıqlarını layiqincə yerinə yetirərək əsas heyətə qatılıb. Komandiri və əsgər yoldaşlarının sevimlisi olub. Müxtəlif vaxtlarda döyüşlərdə iştirak edib. Nəhayət, mənim övladım 2023-cü ilin 19-20 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı qəhrəmancasına döyüşüb. Elə həmin döyüşlərdə Əlibala şəhid olub. Bakı şəhəri Xəzər rayonunun Qala qəsəbəsində böyük izdihamla dəfn olundu”.

Qeyd edək ki, Əsədov Əlibala Əli oğlu 2004-cü il aprel ayının 2-də Xəzər rayonu Qala kəndində anadan olub. O, orta təhsilini 185 saylı tam orta məktəbdə  alıb. Əlibala Əsədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əlibala Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalları və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 Bütün şəhidlərimizin məkanı cənnət olsun. Müqəddəs kitabımız olan “Qurani-Kərim” də şəhidlərin ölmədiyi, diri qaldıqları buyurulur. Şəhidin ilk qan damlası yerə düşməzdən əvvəl bütün günahları bağışlanar, ölüm ona çox rahat gələr, misilsiz bir xoşbəxtlik hissi keçirər:  “Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmağın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar”.

Şəhidlərin həyatı və döyüş yolları da möcüzələrlə dolu oldu. Onlar cəmiyyətimizə yeni nəfəs verdilər, ruhumuzu dirçəltdilər. Qələbə  əzmini cəmiyyətə yaşatmaq üçün o qəhrəman insanların geniş auditoriyaya tanıdılması bizim vəfa borcumuzdur. Bu missiyanı yerinə yetirmək məsuliyyətli davranışa çevrilməlidir.

 

 Mənbə:

Əkrəm Bəydəmirlinin “Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir” kitabı

 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 455
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30