FACT-INFO.AZ » CƏMİYYƏT » Bir insanın taleyində Vətən sevgisinin sönməz alovu
4-04-2026, 15:30 | CƏMİYYƏT
Bir insanın taleyində Vətən sevgisinin sönməz alovu

Türkan Məmmədovanın ömür yolu bir insanın taleyindən daha çox, bir millətin ruhunun güzgüsüdür. Onun həyat hekayəsi tarixlərlə işıqlanmış, duyğularla yoğrulmuş, fəlsəfi məna ilə zənginləşmiş bir dastandır.

1998-ci il 13 mart tarixində Almaniyanın Gifhorn şəhərində dünyaya gələn Türkan, yad diyarda doğulsa da, ruhunun kökləri Azərbaycan torpağına bağlı idi. İlk nəfəsi yad diyarda olsa da, ilk sevgisi Vətən oldu.

2005-ci ildə 1-ci sinifə daxil olan Türkan 2016-cı ildə 20 nömrəli məktəb-liseyi bitirmişdir. Bu məktəb onun elm yolunun başlanğıcı, milli kimliyinin möhkəmləndiyi məkan idi. Məktəb illərində yalnız dərslə kifayətlənməyən Türkan, paralel olaraq Əbilov adına Mədəniyyət Mərkəzində 7 il poeziya təhsili aldı.

2005–2012-ci illərdə aldığı poeziya təhsili ona Vurğun poeziyasının dərinliklərini öyrətdi. Bu illər onun qəlbinə sözün gücünü, dilin müqəddəsliyini həkk etdi. Laureat diplomlarla bu yolu tamamladı.

2013-cü ildə Türkan 147 ölkə arasında Azərbaycanı təmsil edərək “Ana dilimizi sevək, sevdirək” devizi ilə Türkçe Olimpiadalarında şeir kateqoriyasında 3 qızıl və 2 gümüş medal qazandı. Bu medallar sadəcə mükafat deyildi – onlar Azərbaycan bayrağının ucalığı, dilimizin zənginliyinin dünyaya sədası idi.

2016-cı ildə Türkan Məmmədova Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldu və 2020-ci ildə bu fakültəni bitirdi. Universitet illərində atasına verdiyi sözün davamını gətirdi: ömrünü Vətən sevgisinə həsr etmək, qəhrəmanların adını yaşatmaq, gənclərə vətənpərvərlik ruhunu aşılamaq.

2020-ci ildən etibarən müəyyən müddətdə Türkan Öndər TV-də fəaliyyətini davam etdirdi və diksiya dərsləri verərək gənclərə sözün gücünü öyrətdi. Onun qələmi sadəcə yazı aləti deyildi – Vətənə xidmətin, milli ruhun sədası idi.

Onun uğurlarının kökündə atasının – Ramazan müəllimin – tərbiyəsi dayanırdı. Ramazan müəllim ömrünün sonuna qədər “Vətən” deyə yaşayan bir sevdalı idi. Amansız xəstəlik onu ailəsindən ayırsa da, onun ruhu Türkanın yolunu nurlandırdı. Türkanın gözlərindəki kövrəklik, atasının səsini hələ də eşidən bir qızın həsrəti idi.

Türkan deyirdi: “Bu gün azad Azərbaycan deyə biliriksə, bunu Şəhidlərimizə, Qazilərimizə və Müzəffər Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyevə borcluyuq.” Bu sözlər sadəcə minnətdarlıq deyil, bir vətəndaşlıq çağrışı idi.

Psixoloji olaraq Türkanın yolçuluğu bir mübarizədir – itki ilə barışmaq, sevgini gücə çevirmək, kədəri ümidə dönüştürmək. Onun göz yaşları zəifliyin deyil, gücün ifadəsidir. Çünki hər damla göz yaşı bir millətin yaddaşına yazılır.

Türkanın hekayəsi bizə göstərir ki, Vətən sevgisi insanın ən böyük silahıdır. O, atasının mirasını yaşadan, ana dilini dünyaya tanıdan, jurnalistikasını vətənə xidmətin alətinə çevirən bir gəncdir.

Bu hekayə bir çağırışdır: hər birimiz Ramazan müəllim kimi sevdalı, Türkan kimi fədakar olaq. Çünki Vətən sevgisi ilə yaşayan ömürlər heç vaxt sönmür – onlar millətin yaddaşında əbədi işıq kimi qalır.

Türkanın gözlərindəki yaş həm kədərin, həm də qürurun ifadəsidir. O, atasının ruhunu yaşatmaqla, millətinə xidmət etməklə həm özünü, həm də xalqını ucaldır. Bu, bir insanın taleyindən doğan milli fəlsəfədir.

Vətən sevgisi ilə yanan insanlar millətin yaddaşında əbədi qalır. Türkanın hekayəsi bizə göstərir ki, sevgi, fədakarlıq və milli ruh birləşəndə, insan ömrü bir dastana çevrilir. Bu dastan oxunduqca gözlər dolur, qəlblər qürurla titrəyir.

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu,
AJB-nin üzvü
yazıçı-publisist




Baxış sayı: 140
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30