FACT-INFO.AZ » CƏMİYYƏT » Hafiz Səfixanov: Azərbaycana göstərilən beynəlxalq dəstək qarşılaşdığımız mina probleminə adekvat deyil
3-04-2026, 20:30 | CƏMİYYƏT
Hafiz Səfixanov: Azərbaycana göstərilən beynəlxalq dəstək qarşılaşdığımız mina probleminə adekvat deyil

Azərbaycan mina, partlamamış hərbi sursatdan əziyyət çəkən ölkələr sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra aparılan tədqiqatlar göstərdi ki, ölkə ərazisinin 12 faizi mina və partlamamış hərbi sursatların qalıqları ilə çirklənib. Bəzi ekspertlərin verdiyi məlumata görə, həmin ərazilərdə 1,5 milyondan çox mina basdırılıb.

Fact-info.az xəbər verir ki, bu barədə AZƏRTAC -a açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mina problemi ilə mübarizə aparır və vətəndaşlarımız gündəlik həyatlarını bu problemin qorxusu altında keçirirlər: "Azərbaycanda bu problemlərə işğaldan azad olunmuş bütün ərazilərdə rast gəlmək mümkündür. Təşkilatımız daimi monitorinqlər keçirdi, ölkə üzrə hesabatlar hazırladı. Monitorinqlər zamanı işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzdik. Minatəmizləmə prosesinin monitorinqini apardıq. Minatəmizləyənlərlə görüşdük. Rast gəlinən mina və hərbi sursatların növləri ilə tanış olduq. Tam dəqiqliklə deyə bilərəm ki, mina və partlamamış hərbi sursatlara bütün ərazilərdə rast gəlmək mümkündür. Onu da qeyd edim ki, Ermənistan Silahlı Qüvvələri ağlasığmaz yerlərdə minalar quraşdırıblar. Bunun da nəticəsidir ki, Vətən müharibəsindən sonra 421 vətəndaşımız mina və hərbi sursatların qurbanına çevrilib".

H.Səfixanov qeyd edib ki, mina təhlükəsi beynəlxalq problemdir. Beynəlxalq ictimaiyyət də mina problemi ilə qarşılaşmış ölkələrə öz dəstəyini göstərməlidir: "Azərbaycan da bu dəstəyi gözləyir. Ölkəmizə müəyyən yardımlar var. Ancaq bu dəstək Azərbaycanın qarşılaşdığı mina probleminə adekvat deyil. Əhaliyə müraciət etmək istəyirəm ki, maarifləndirmə proqramlarında verilən təlimatlara ciddi əməl etsinlər. Ölkəmizdə mina qurbanlarının sayı Cənubi Qafqazdakı ölkələrdə olan mina qurbanlarından iki dəfə çoxdur. Ona görə də vətəndaşlarımızın mina qurbanı olmaması üçün əlimizdən gələni əsirgəməməliyik”.




Baxış sayı: 155
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30