FACT-INFO.AZ » CƏMİYYƏT » Şir ürəkdən doğan ölümsüzlük
2-04-2026, 18:00 | CƏMİYYƏT
Şir ürəkdən doğan ölümsüzlük

07.09.1987-ci ildə Mingəçevir şəhərində Ramazanın ailəsində dünyaya göz açan Elşən Məmmədli Ramazan oğlu, körpə yaşlarından vətənpərvərlik ruhunun işığında böyüdü. Uşaqlıq illərində mənfur düşmənin ölkəmizə qarşı təxribatları başladı. Bu zaman atası Ramazan Mingəçevirin mərd igidlərindən biri kimi tanınırdı. O, dostları və yaxınları arasında sözünün kəsəri, düzlüyü, mərdliyi və vətənə bağlılığı ilə nüfuz qazanmışdı.

Ramazan düşmən qarşısında geri çəkilmədi, doğma torpağını qorumaq üçün silaha sarıldı, sinəsini sipər etdi. Döyüş meydanında göstərdiyi şücaət və igidlik onu yoldaşlarının gözündə hörmətli bir qəhrəmana çevirdi. Evə dönəndə isə balaca oğluna vətən sevgisini aşılayır, “Əgər bu torpağa Vətən deyiriksə, suyunu içib havasını uduruqsa, deməli bu bizim torpağımızdır. Bu torpağın azadlığı naminə qanımız da, canımız da fəda olsun” — deyərək ona yol göstərirdi.

Ramazan döyüşlərdəki cəsarəti ilə “Şir” adını qazanmışdı. Çünki o, şir kimi qorxmadan irəli atılırdı. Bu gün də Mingəçevir şəhərində “Şir Ramazan” adı hörmətlə anılır. Lakin amansız xəstəlik millətin mərd oğlunu 2020-ci ildə həyatdan aldı. Allah rəhmət etsin, məkanı cənnət olsun.

Bu gün isə onun adı və ruhu oğlunda yaşayır. Elşən atasının yolunu davam etdirir, onun xatirələrini danışdıqca dinləyən hər bir insan həm kədərlənir, həm də qürur hissi keçirir. Çünki Elşən atasının mirasını sadəcə sözlə deyil, ruhla yaşadır, onun səsi ilə bir millətin yaddaşını oyadır.

Ramazanın həyatdan köçməsi bir son yox, əbədi bir başlanğıc idi; onun adı və ruhu Elşənin varlığında işıq kimi yanaraq nəsildən-nəsilə ötürüldü. Bu hekayə bir ailənin taleyindən doğan, bütöv bir millətin yaddaşına həkk olunan ölümsüz bir dastandır. Vətənpərvərlik fərdi hissdən daha böyükdür — o, bir millətin ortaq ruhudur. Elşən atasının yolunu davam etdirdikcə, biz hamımız bir daha anlayırıq: bu torpaq bizimdir, bu su bizimdir, bu hava bizimdir. Bu torpağın azadlığı uğrunda verilən hər bir can əbədi bir işığa çevrilir.


Bu gün Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin güclü siyasəti və Şəhidlərimizin, Qazilərimizin mərdliyi nəticəsində torpaqlarımız azaddır. Ramazan kimi mərd insanların ruhu isə Azad Azərbaycanın səmasından baxaraq rahatlıq tapır, millətin qüruruna çevrilir.

Ramazanın igidliyi, Elşənin iradəsi bir millətin fəlsəfi dastanıdır. Bu dastan bizə öyrədir ki, Vətən sevgisi insanın ən ali borcudur. Vətənə bağlılıq — ölümsüzlüyün açarıdır.

Ramazan döyüşə gedəndə torpaq titrəyirdi, şir ürəyi ilə düşmənə meydan oxuyurdu. Elşən böyüyəndə atasının səsini eşidirdi: “Bu torpaq bizimdir, bu hava bizimdir, qanımız da, canımız da Vətənə fəda olsun!” Ramazanın adı igidliyin simvoluna çevrildi, Elşənin adı isə vətənə sədaqətin, milli borca bağlılığın nişanəsi oldu. Bir millətin yaddaşında bu iki ad əbədi bir dastana dönərək yaşadı: kədərin içində qürur, qürurun içində kədər.

Bu hekayəni dinləyən hər bir insan Ramazanın itkisinə kədərlənəcək, amma onun şir ürəyinə və Elşənin sarsılmaz ruhuna qürur duyacaq. Bu, həm hüznün, həm də fəxarətin birləşdiyi poetik bir tale yazısıdır. Ramazanın adı yaddaşlarda şir kimi qalacaq, Elşənin adı isə vətənə sədaqətin əbədi rəmzi olaraq yaşayacaq.

Dinləyib qələmə alan:
Mövsümağa Ədalətoğlu
AJB-nin üzvü,
yazıçı-publisist




Baxış sayı: 325
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30