FACT-INFO.AZ » SİYASƏT » Azərbaycanda təhlükəsizlik sadəcə qorunmur, həm də idarə olunur
2-04-2026, 09:30 | SİYASƏT
Azərbaycanda təhlükəsizlik sadəcə qorunmur, həm də idarə olunur

İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanmış son hesabat olan “Qlobal Terrorizm İndeksi 2026”ya görə, Azərbaycan 93-cü yerdədir və terrorizm təsirinin ən aşağı olduğu ölkələr sırasındadır. Bu, regionda risklərin idarə olunduğunu göstərən konkret göstəricidir və Azərbaycanda həyata keçirilən məqsədli strategiyanın nəticəsi kimi qiymətləndirilə bilər. Çünki Azərbaycan xüsusilə sərhəd təhlükəsizliyini gücləndirir. Ölkənin sərhəd qoşunları yüksək səviyyədə fəaliyyət göstərir və bütün sərhəd məntəqələrinin qorunması təmin olunur. Azərbaycan-Ermənistan və Azərbaycan-İran sərhədlərində strateji əhəmiyyətli postlar yaradılıb. Bu tədbirlər ölkənin təhlükəsizliyini daha da möhkəmləndirir və bu istiqamətdə çox peşəkar tədbirlər həyata keçirilir.

Fact-info.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şurasının sədri Əliməmməd Nuriyev deyib.

O bildirib ki, digər tərəfdən, daxili mühitdə də potensial təhdidlər erkən mərhələdə müəyyən edilərək neytrallaşdırılır. Bu işdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və prokurorluq orqanları mühüm rol oynayır. Belə paralel yanaşma nəticəsində regional gərginlik ölkə daxilində təhlükəyə çevrilmir.

“Hesabatda Azərbaycan radikallaşmanın geniş yayılmadığı ölkələrdən biri kimi göstərilir. Bu, qanunvericilikdə aparılan dəyişikliklər və radikal qrupların fəaliyyətinin məhdudlaşdırılması ilə təmin olunur. Ölkə daxilində olan və xaricdən gələn fanatik qrupların fəaliyyəti demək olar ki, tamamilə məhdudlaşdırılıb. Bir çox terror və mütəşəkkil cinayətkarlıq qruplarının qarşısı alınır. Bununla yanaşı, radikal təbliğatın qarşısını almaq üçün kibertəhlükəsizlik sahəsində xüsusi strukturlar yaradılıb. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və maliyyə monitorinq orqanları qrupların maliyyə kanallarının bloklanmasını təmin edir. Həmçinin yeni qanunlar qəbul edilib, terrorçu və radikal qrupların maliyyələşməsinə qarşı sanksiyalar tətbiq olunur. Bu fəaliyyətlər ölkədə risk qruplarının fəaliyyətinin qarşısının alınmasında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, bu məsələdə əsas prinsip problemin ilkin mərhələdə, yəni yaranmadan qarşısının alınmasıdır. Bu, radikal ideologiyaların yayılmasının qarşısını almağın ən səmərəli vasitəsidir”, – deyə Ə.Nuriyev əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın aşağı terrorizm göstəriciləri göstərir ki, preventiv model uğurla işləyir. Bu model riskli şəxslərin və şəbəkələrin əvvəlcədən müəyyən olunması, real vaxt məlumat mübadiləsi və beynəlxalq nəzarət sistemləri ilə koordinasiya üzərində qurulub. Bu da təhlükənin qarşısının əvvəlcədən alınmasına gətirib çıxarır. Bu işdə qonşu ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. Bu yanaşma ilə təhlükələr ölkəyə daxil olmadan əvvəl neytrallaşdırılır.

Azərbaycanın beynəlxalq əməkdaşlığının transsərhəd şəbəkələrin ifşası, terrorun maliyyələşdirilməsinin izlənməsi və bloklanmasına imkan yaratdığını deyən Ə.Nuriyev bildirib ki, bu istiqamətdə kibertəhlükəsizlik və maliyyə kanallarının monitorinqi xüsusilə vacibdir. Azərbaycanda isə təhlükəsizlik sadəcə qorunmur, həm də idarə olunur. Bütün bunlar da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli təhlükəsizlik siyasətinin və hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyətinin məhsuludur.




Baxış sayı: 70
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30