FACT-INFO.AZ » XƏBƏR » Gürcüstan Azərbaycanlıları Konqresi: 31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir
31-03-2026, 18:30 | XƏBƏR
Gürcüstan Azərbaycanlıları Konqresi: 31 Mart soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir

Gürcüstan Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Bəyanatda 1918-ci il mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu bildirilib.

“Bu faciə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yaddaşıdır. Həyatını itirən qardaşlarımızı rəhmətlə, dərin hüzn və ehtiramla yad edirik. Soyqırımı nəticəsində həyatlarını itirən azərbaycanlıların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!”, - deyə bəyanatda vurğulanır.

Qeyd olunur ki, daşnak törəmələri 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində soyqırımı törədiblər. 2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri separatçı ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bütün cinayətlərə qarşı Azərbaycanın qüdrətli cavabı oldu! Azərbaycan öz torpaqlarını işğaldan tam azad etdi, tarixi ədaləti bərpa etməklə yanaşı, soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını döyüş meydanında aldı.

Sənəddə deyilir: “GAK olaraq, bildiririk ki, bu gün yerindən, məkanından asılı olmayaraq, yeni soyqırımların baş verməməsi üçün insanlar arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq şərti ilə, çox önəmlidir. İnşallah, ağır məhrumiyyətlər, etnik təmizləmələr, doğma torpaqlarından didərgin düşmə, kütləvi qətl və qırğınlar bir daha təkrar olunmaz. Bu gün Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarını, sülhün ilk müjdəçisi sayılan yük qatarlarının Ermənistana göndərilməsini təqdirlə qarşılayırıq.

Ümidvarıq ki, 2025-ci il avqustun 8-də paraflanmış “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” öz bəhrəsini verəcək, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması baş tutacaqdır. Tarixin dərslərindən ibrət çıxarmaq heç vaxt gec deyil”.




Baxış sayı: 125
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30