FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » 31 Mart- xalqımızın tarixində ən faciəli hadisələrdən biridir
31-03-2026, 11:00 | TƏDQİQATLAR-ANALITIKA
31 Mart- xalqımızın tarixində ən faciəli hadisələrdən biridir

"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli hadisələrdən biridir. Bu tarix keçmişin acı xatirəsi olmaqla yanaşı, eyni zamanda tarixi həqiqətlərin beynəlxalq müstəvidə müdafiəsi və ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasətin mühüm tərkib hissəsidir". 

Fact-info.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Tarixin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik "Böyük Ermənistan" ideyası regionda etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin əsas ideoloji dayağı olmuşdur. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğınlar bu siyasətin ən qanlı təzahürlərindən biri kimi yadda qalmışdır.
Həmin dövrdə Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində, Qarabağda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda və digər ərazilərdə on minlərlə dinc azərbaycanlı yalnız milli və dini mənsubiyyətinə görə amansızlıqla qətlə yetirilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəni və dini abidələr məhv edilmiş, insanlar öz doğma yurdlarından didərgin salınmışdır. Bu hadisələr təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdir.
Xüsusi qəddarlıqla törədilən Şamaxı və Quba qırğınları həmin dövrün dəhşətlərini açıq şəkildə nümayiş etdirir. Aparılan tədqiqatlar və aşkar edilmiş kütləvi məzarlıqlar bu faciələrin miqyasının nə qədər geniş və ağır olduğunu bir daha sübut edir. Bu tariximizin qanlı səhifəsi olmaqla yanaşı, həm də unudulmamalı və gələcək nəsillərə çatdırılmalı olan həqiqətdir.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu hadisələrə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bu mühüm qərar tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni mərhələnin başlanğıcı olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl siyasət nəticəsində soyqırımı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm addımlar atılır, elmi araşdırmalar genişləndirilir, yeni faktlar üzə çıxarılır və tarixi ədalətin bərpası istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bütün şəhidlərimiz




Baxış sayı: 160
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30