FACT-INFO.AZ » CƏMİYYƏT » Bu gün şəhid Elmar Nəbiyevin doğum günüdür
22-03-2026, 09:12 | CƏMİYYƏT
Bu gün şəhid Elmar Nəbiyevin doğum günüdür

44 günlük Vətən müharibəsindən 5 ildən artıq müddət keçməsinə baxmayaraq, bu qəhrəmanlıqlardan hələ də danışılır, deyilir, şeirlər, əsərlər yazılır, musiqilər bəstələnir. Şəhidlərimiz cəmiyyətə yeni nəfəs verdilər, ruhumuzu dirçəltdilər. Qazilərimizin, şəhidlərimizin  şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu. İkinci Qarabağ savaşının şəhidi Elmar Nəbiyevin  bu gün doğum günüdür.

Nəbiyev Elmar 22 mart 2001-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda anadan olub. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş meydanında böyük fədakarlıq göstərən hər bir Azərbaycan əsgəri kimi, Elmarın əsas məqsədi tarixi torpaqlarımızı düşməndən azad etmək idi. O, müqəddəs amallar uğrunda son ana qədər vuruşur. Elmar Nəbiyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.
Elmar Nəbiyevin bu gün ruhu şaddır. Onun böyük amallar uğrunda döyüşdüyü Azərbaycan torpaqları azad olundu. Elmar kimi qəhrəmanlarımızın döyüşkən ruhu, qorxmazlığı nəticəsində Azərbaycanın qüruru, ərazi bütövlüyü özünə qayıtdı.

Bu qayıdış tariximizin ən möhtəşəm səhifəsinə çevrildi. Tarixşünaslıqda bu qəhrəmanlıq səhifəsi hər zaman qeyd olunacaq. Gələcək nəsillər üçün qürur mənbəyinə çevriləcək. Şəhid valideynlərinin, ailələrinin nisgilini anlayırıq. Lakin Şəhidlərimiz elə bir şücaət göstəriblər ki, onlar böyük bir nəslin fədakar, milli ruhda yetişməsində örnək oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Nəbiyev Elmar  "Vətən uğrunda" medalı,  "Cəsur Döyüşçü  medalı" və  3-cü dərəcəli "Vətənə Xidmət Ordeni" ilə təltif olunub.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin digər 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən şəhid Nəbiyev Elmar Elman oğlu "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Məkanı cənnət olsun.

Fact-info.az




Baxış sayı: 310
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30