FACT-INFO.AZ » QHT » “Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb
19-03-2026, 16:30 | QHT
“Bizim şəhərlər: Gənclərin baxışı” layihəsi yekunlaşıb

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan „Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, “İstisu” Mineral Su Zavodunun tərəfdaşlığı ilə 12-17 mart 2026-cı il  tarixlərində Quba şəhərində keçirilib.

 6 gün davam edən proqram çərçivəsində 150  gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində həm nəzəri biliklər əldə etmiş, həm də praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq etmək imkanı qazanmışlar.

 Düşərgə proqramı intensiv və çoxşaxəli məzmunu ilə seçilmişdir. Təlimlərdə “Şəhərsalma və Memarlıq”, “Müasir şəhər mühitində milli dəyərlərin qorunması”, “Memarlıq layihələrinin hazırlanması və modelləşdirilməsi”, “Memarlıq fəlsəfəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparılmış, iştirakçılar sahə üzrə peşəkar mütəxəssislərin təcrübələrindən faydalanmışlar. Bununla yanaşı, şəhərsalma sahəsində startap və innovasiya ideyaları üzrə sessiyalar gənclərin analitik və strateji düşünmə bacarıqlarının inkişafına töhfə vermişdir.

 Proqramın fərqləndirici xüsusiyyətlərindən biri interaktiv və praktiki fəaliyyətlərin üstünlük təşkil etməsi olmuşdur. “Mənim Xəyal Şəhərim” kreativ workshop-u çərçivəsində iştirakçılar öz şəhər modellərini hazırlayaraq ideyalarını vizuallaşdırmış, “Heykəl boyama” masterklassında isə estetik yanaşmalarını nümayiş etdirmişlər. “Gəncin Gözü ilə Şəhər” qısa film fəaliyyəti iştirakçılara şəhər mühitində müşahidə etdikləri problemləri və həll yollarını yaradıcı formatda təqdim etmək imkanı yaratmışdır.

 Komanda əsaslı oyunlar və fəaliyyətlər – xüsusilə “Yaradıcılıq körpüsü” və struktur dizaynına əsaslanan yarışlar – iştirakçılar arasında əməkdaşlıq, liderlik və problem həll etmə bacarıqlarını gücləndirmişdir. Bununla yanaşı, panel müzakirələri zamanı gənclərin şəhərsalma siyasətində rolu, onların qərarvermə proseslərində iştirakı və təsir mexanizmləri geniş şəkildə müzakirə olunmuşdur.  “WUF xəritəsi: Dünyanın parçaları” fəaliyyəti çərçivəsində iştirakçılar müxtəlif ölkələri və mədəniyyətləri simvolik olaraq birləşdirərək qlobal şəhər anlayışını əyani şəkildə ifadə etmişlər. Bu fəaliyyət düşərgənin əsas ideyasını – müxtəlif baxışların vahid şəhər konsepsiyasında birləşməsi ideyasını uğurla əks etdirmişdir.

 Layihənin sonunda iştirakçılar əldə etdikləri bilik və təcrübələri gələcək fəaliyyətlərində tətbiq etmək, şəhərsalma proseslərində daha fəal rol almaq və davamlı inkişaf prinsiplərinə uyğun təşəbbüslərlə çıxış etmək istiqamətində motivasiya qazandıqlarını ifadə etmişlər.

 Düşərgə öz məqsədlərinə uğurla nail olaraq gənclərin şəhərlərə baxışında yeni perspektivlər formalaşdırmış və bu sahədə gələcək təşəbbüslər üçün möhkəm zəmin yaratmışdır.

 




Baxış sayı: 285
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30