FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Görkəmli şairin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
19-03-2026, 09:00 | MƏDƏNİYYƏT
Görkəmli şairin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi Əli Kərimin anadan olmasının 95 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən şairin həyat və yaradıcılığından bəhs edən zəngin və çoxşaxəli elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan Fact-info.az-a bildirilib ki, elektron məlumat bazası şair Əli Kərimin həyat və yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, onun ədəbi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb.

Hazırlanan elektron baza Əli Kərimin həyat yolunu və yaradıcılıq mərhələlərini əhatə edən geniş məlumat toplusudur. Burada şairin həyatının mühüm məqamlarını əks etdirən xronologiya, onun zəngin ədəbi irsini təqdim edən “Həyat və yaradıcılıq” bölməsi yer alır. Elektron bazada filologiya elmləri doktoru Paşa Əlioğlunun “Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi”, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Zamana ram olmayan poeziya - Əli Kərim - 90” və şair, yazıçı Məmməd İsmayılın “Şeirin zirvəsində və əbədi səfərdə...” adlı məqalələrinin tam mətni təqdim edilir.

İstifadəçilər elektron baza vasitəsilə şairin dərin məna kəsb edən hikmətli sözləri ilə yanaşı, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirləri də öyrənə bilərlər.

Elektron bazada Əli Kərimin müəllifi olduğu kitablar, müxtəlif dövrlərdə nəşr olunmuş dövrü mətbuat nümunələri, eləcə də onun həyata keçirdiyi tərcümələr sistemli şəkildə təqdim edilir. Bundan əlavə, şairin sözlərinə bəstələnmiş mahnılar və musiqi notları da ayrıca bölmədə yer alaraq onun yaradıcılığının musiqi ilə vəhdətini nümayiş etdirir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şair haqqında qələmə alınmış kitablar və məqalələr də yer alır.

Eyni zamanda, elektron məlumat bazasında şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də görülmüş işlər, “Filmoqrafiya”, “Televiziya verilişləri”, “Foto və video qalereya”, eləcə də “Virtual sərgi” bölmələri də öz əksini tapır.

“Şair, tərcüməçi Əli Kərimli 95” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.




Baxış sayı: 115
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30