FACT-INFO.AZ » QHT » Azərbaycanlı QHT sədri BMT-nin konfransında çıxış edib
18-03-2026, 14:30 | QHT
Azərbaycanlı QHT sədri BMT-nin konfransında çıxış edib

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirilən konfransının 12-ci plenar iclasında “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva interaktiv dialoq zamanı “Qadınların səslərinin təşviqi: Mədəni ifadədən ədalətə çıxışa” mövzusunda danışıb.

Fact-info.az xəbər verir ki, ictimai birliyin sədri təmsil etdiyi ölkənin şərqdə qadınlara seçki hüququ verən ilk dövlət olduğunu vurğulayaraq, müasir Azərbaycan qadınının keçdiyi tarixi yoldan, bu gün Azərbaycan qadınının qazandığı uğurlardan bəhs edib. 

O, bütün bunlarla yanaşı indi dünyada gedən mürəkkəb geosiyasi proseslər fonunda qadınların səsinin daha geniş şəkildə eşidilməsinin vacibliyindən, mədəni ifadə vasitələrinin qadın hüquqlarının müdafiəsində və ədalətə çıxış imkanlarının artırılmasında xüsusi rolundan söhbət açıb. Professor həmçinin mədəniyyət, təhsil və ictimai təşəbbüslərin qadınların cəmiyyətdə fəallığının artırılmasına töhfə verdiyini diqqətə çatdırıb.

Natiq rəhbərlik etdiyi ictimai birliyin yaradıcı qadınların istimai həyatda daha fəal iştirakını təmin etmək üçün gördüyü konkret işlərdən söhbət açıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq, müxtəlif ölkələrin qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə birgə fəaliyyətinin vacibliyini ön plana çəkib. 

Qeyd edək ki, BMT-nin Qadınların Statusu üzrə Komissiyasının konfransı qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.

Xatırladaq ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təmsilçisinin belə bir mötəbər tədbirdə iştirakı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə mümkün olub.   




Baxış sayı: 150
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031