Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün "Əməyin mühafizəsi və texniki təhlükəsizlik" mövzularını əhatə edən "Sosial Jurnalistika" təlimi təşkil olunub.
Fact-info.az xəbər verir ki, təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 25 media qurumundan jurnalistlər iştirak edib. Təlim zamanı iştirakçılara əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik tələbləri, texniki təhlükəsizlik normaları, iş yerlərində risklərin qiymətləndirilməsi, eləcə də bu sahədə aktual islahatlar barədə ətraflı məlumat verilib. Media nümayəndələrinə mövzunun mahiyyəti, müvafiq prosedurların tətbiqi, müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması mexanizmləri izah olunub.
Seminar çərçivəsində jurnalistləri maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi mövzularının mediada düzgün işıqlandırılması, faktların dəqiq təqdim olunması və maarifləndirici yanaşmanın gücləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.
"Sosial Jurnalistika" təlimlərinin keçirilməsinin əsas məqsədi media nümayəndələrinin sosial müdafiə, məşğulluq və digər sosial sahələr üzrə məlumatlılığının artırılması, jurnalistlərin mövzuya peşəkar yanaşma bacarıqlarının inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın genişləndirilməsidir.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
