XIII Qlobal Bakı Forumu beynəlxalq məsələləri müzakirə etmək üçün çox yaxşı platformadır və bu platforma fəal şəkildə fəaliyyət göstərir. Burada iştirak edən nüfuzlu şəxslərin fikirləri beynəlxalq ictimaiyyət üçün əhəmiyyətlidir. Müzakirə olunan problemlər bu gün dünyada hər bir insanı düşündürür. Azərbaycan qlobal xarakter daşıyan məsələləri müzakirə etmək məqsədilə belə mühüm tədbiri keçirməklə dünyanın bir parçası olduğunu göstərir, eyni zamanda, beynəlxalq nüfuzunu daha da artırır.
Fact-info.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin icraçı direktoru Yeran Lovetti deyib. O bildirib ki, “Azərbaycanda iqtisadi inkişaf dayanıqlı formada davam edir və sərmayələr üçün münbit imkanlar yaradılıb. Məhz iqtisadi inkişaf və qazanılan uğurlar bu cür qlobal tədbirlərin keçirilməsini və nüfuzlu siyasi xadimlərin Azərbaycana səfərini mümkün edir. Müzakirə olunan məsələlər olduqca aktualdır.
“Forumda Avropadan gələn qonaqlar çoxluq təşkil edirlər ki, bu da Azərbaycanın dəyərlərə arxalanan siyasi xəttini göstərir. Bu dəyərlər demokratiya, sosial rifah və iqtisadi inkişafdan ibarətdir. Bu dəyərlər qeyd-şərtsiz dünya ictimaiyyəti tərəfindən qəbul edilir və dəstəklənir. Bu kimi siyasi xətt və bu siyasətdə dünya problemlərinin müzakirəsi üçün şəraitin yaradılması Azərbaycana beynəlxalq aləmdə yalnız hörmət gətirə bilər”, -deyən icraçı direktor diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycana sərmayə yatıraraq enerji istehsalı ilə məşğul olmağı düşünür.
Baxış sayı: 75
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
