ABŞ İran rəhbərliyi daxilində əməkdaşlıq edə biləcəyi fiqurlar görür.
Bunu ABŞ prezidenti Donald Tramp deyib: "Yaxşı olacağını düşündüyümüz bəzi fiqurlar var. Biz bu barədə danışırıq. Görəcəyik ki, işlər necə gedəcək".
O, həmçinin hələ ki, İran üzərində "qələbə" və ona qarşı kampaniyanın bitdiyini elan etmək niyyətində olmadığını təsdiqləyib: "Bunun üçün heç bir səbəb yoxdur". Lakin o, əməliyyatın tez bir zamanda başa çatacağını bildirib: "Neft və digər malların qiymətləri bu bitən kimi kəskin şəkildə düşəcək. Və bu, tezliklə başa çatacaq".
Tramp həmçinin İrana hər hansı bir hücum üçün ABŞ quru qüvvələrini yerləşdirməyi planlaşdırıb-planlaşdırmadığını ıqlamaqdan qəti şəkildə imtina edib: "Niyə sizə qoşun göndərib-göndərməcəyimi deməliyəm? Mən hərbi strategiyanı açıq şəkildə müzakirə etmirəm. Bu suala kim cavab verərdi"?
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
