Martın 15-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
XİN-dən Fact-info.az-a verilən məlumata görə, nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə olunaraq, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyi qeyd edilib.
Bu çərçivədə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin, habelə qonşu ölkələrin hədəfə alınmamasının zəruriliyi vurğulanıb.
Telefon danışığı zamanı regional və beynəlxalq gündəliyin digər aktual məsələləri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bununla yanaşı, nazirlər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Baxış sayı: 70
Uzbekistan to welcome Azerbaijan Culture Days once again
Sahiba Gafarova: Parliamentary dimension plays an important role in Azerbaijan–Uzbekistan relations
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
