FACT-INFO.AZ » QHT » Müəllimlərin sevimlisi – Ələddin Səfərli
15-03-2026, 16:00 | QHT
Müəllimlərin sevimlisi – Ələddin Səfərli

Səfərli Ələddin Əlvan oğlu 22 avqust 2008-ci ildə Qobustan şəhərində anadan olmuşdur. 2015-ci ildə birinci sinfə qəbul olmuşdur. Hal-hazırda Qobustan şəhəri Elyar Vəliyev adına  2 nömrəli tam orta ümumtəhsil məktəbin on birinci sinfində oxuyur.  Adı həmişə istedadlı şagirdlər sırasında çəkilir. Fənn Olimpiadalarında həmişə fəal iştirak etmişdir. Altıncı sinifdə oxuyarkən informatika və yeddinci sinifdə isə kimya fənlərindən Respublika Fənn Olimpiadasında iştirak edərək, yüksək sıralarda olmuşdur.

2025-ci ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə yarımfinalda uğurla iştirak etmişdir.

Ümummilli lider H. Əliyevin 102-ci ildönümü ilə əlaqədar Rayon Təhsil Sektoru tərəfindən keçirilən inşa müsabiqəsində birinci yerə çıxaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qobustan Rayon Komitəsinin fəxri fərmanına layiq görülmüşdür. Bu yaxında ümummilli lider H. Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ən yaxşı təqdimat müsabiqəsində Ələddin bilik və bacarığını uğurla nümayiş etdirərək, rayon üzrə birincilik əldə edib, final mərhələsinə yer qazanmışdır.

Məhz təhsildəki uğurlarına görə Ələddin Qobustan Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanına layiq görülmüşdür.

Müəllimləri onun zəhmətini yüksək qiymətləndirərək xoş sözlər söylədilər;

Məktəbin direktor müavini İlqar Alcanov : Ələddin bizim ən sevimli şagirdlərimizdəndir. Mən bir tarix müəllimi olaraq həmişə ondan razı qalmışam. Onun davranışı, əxlaqı ev tərbiyəsinin də göstəricisidir. Məktəbimizdə keçirilən bütün tədbirlərdə, eləcə də şəhid valideynləri ilə görüşlərdə fəal iştirak edir və öz çıxışı ilə seçilir. Əldə etdiyi nailiyyətlər biz müəllimləri də həmişə sevindirmişdir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dilarə Bağırova: Ələddin hər zaman dərslərə böyük maraq və həvəs göstərir. Çətin suallara belə dəqiqliklə cavab verir, daima yeni biliklərə can atır. Onun öz üzərində işləmək istəyini çox yüksək qiymətləndirirəm. Bir fənn müəllimi olaraq, etimadımı heç vaxt boşa çıxarmır və zəhməti ilə həm mənim, həm də hər kəsin nümunəsi olur. Onun çalışqanlığı və məqsəd yönümlü fəaliyyəti təqdirəlayiqdir. Əminik ki, Ələddin buraxılış imtahanında da yüksək uğur qazanacaq. Onun ən böyük arzusu hüquqşünas olmaqdır. Bu arzusuna çatmaqda uğurlar diləyirəm.

Azərbaycan dili və ədəbiyyat müəllimi Səmid Bəyimov: Ələddin Səfərli dərs zamanı həm yazılı, həm də şifahi nitqi ilə də öz savadlılığını biruzə verir. O, bütün fənlərə maraq göstərir. Hələ mən Rayon Təhsil Sektorunda işləyərkən onun inşa yazılarındakı dolğun cümlələrin münsiflər tərəfindən yüksək qiymətləndirildiyinin şahidi olurdum. Ələddinin nizam-intizamlı, əxlaqlı olmasında ailə tərbiyəsinin də böyük rolu olmuşdur. Onun analtik düşünmə və problemlərin həll etmə qabiliyyəti alqışa layiqdir.

Biz də öz növbəmizdə Ələddin Səfərlinin gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inanır və hər addımında yeni uğurlara imza atmasını diləyirik...

 

                                                Məhəmməd Bayramov

                                    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 




Baxış sayı: 540
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30