Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Sazın səsi, sözün nəfəsi” layihəsi çərçivəsində təşkil olunan növbəti tədbir Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilib.
Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Səməd Vurğunun XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, dramaturq və ictimai xadim kimi də böyük nüfuz qazandığını deyib.
O qeyd edib ki, şairin yaradıcılığı aşıq poeziyası ilə sıx bağlıdır. Bu səbəbdən konsert proqramında əsasən şairin şeirlərinə bəstələnmiş aşıq ifaları səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, professor Yusif Alıyev və “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxış edərək şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olub, zəngin lirikası və fəlsəfi şeirləri ilə milli poeziyanın inkişafına mühüm töhfələr verib, Azərbaycan dilinin poetik imkanlarını genişləndirib.
Baxış sayı: 110
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
