FACT-INFO.AZ » QHT » ANAMA-nın nümayəndə heyəti Çinin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış şirkətlərində olub
13-03-2026, 20:30 | QHT
ANAMA-nın nümayəndə heyəti Çinin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış şirkətlərində olub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) rəsmi səfər çərçivəsində həmin ölkənin minatəmizləmə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşmış bir sıra şirkətlərində görüşlər keçirib.

Bu barədə Fact-info.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik və yoxlama texnologiyaları sahəsində fəaliyyət göstərən “Nuctech” şirkətində keçirilən görüşdə ölkəmizin üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət, istifadə olunan metodologiyalar barədə ANAMA tərəfindən geniş təqdimat edilib.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov minatəmizləmə sahəsinin ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın önəmli hissəsi hesab edildiyini və səfərin iki ölkə rəhbərləri arasında imzalanmış Birgə Bəyanat və ANAMA ilə ÇXR Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun nəticəsi olduğunu bildirib.

Görüş zamanı şirkətin Asiya və MDB ölkələri üzrə direktor müavini Lu Xinping şirkətin fəaliyyəti və mövcud texnoloji imkanları barədə ətraflı məlumat verib.

Görüşdə partlayıcı sursatların aşkarlanmasında istifadə olunan rentgen cihazının sınaqdan keçirilməsi, habelə texniki xüsusiyyətlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Avadanlıqların agentliyin fəaliyyətinə uyğunluğu, əməliyyatlarda istifadəsi imkanları nəzərdən keçirilib.

Nümayəndə heyəti şirkətin istehsal prosesi ilə tanış olub, müxtəlif təyinatlı rentgen sistemləri və digər müasir texnoloji avadanlıqlar nümayiş edilib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin “Pekin Heweiyongtai Sci & Tech” şirkətində görüş keçirib. Görüş zamanı şirkətin istehsal etdiyi xüsusi texniki vasitələr və innovativ həllər barədə təqdimat olunub, humanitar minatəmizləmə fəaliyyətində istifadə oluna biləcək texnologiyalar və əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin və müasir texnologiyaların tətbiqinin humanitar minatəmizləmə sahəsində fəaliyyətin daha da səmərəli təşkilinə töhfə verəcəyini vurğulayıblar.




Baxış sayı: 150
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30