XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzusunda paneldə dünya siyasətçiləri və ekspertlər BMT sisteminin çağırışlara cavab verə bilməsi və effektivliyinin artırılması üçün aparılacaq islahatları müzakirə ediblər.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, beynəlxalq vəziyyət əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib və problemlər artıb. Onun sözlərinə görə, BMT-nin daimi üzvlərinə yönələn tənqidlər güclənir, çünki bəzi hallarda onlar bitərəf qalmaq əvəzinə münaqişələrin tərəfinə çevrilirlər. Bu isə dünyada qarşıdurmaların artmasına səbəb olan amillərdən biridir. Binəli Yıldırım BMT-nin uzun illər uğurla fəaliyyət göstərdiyini, lakin son dövrdə əvvəlki effektivliyinin hiss olunmadığını və buna görə də təşkilatda əsaslı islahatların zəruri olduğunu vurğulayıb.
BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib ki, BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir. Onun sözlərinə görə, bu müxtəliflik zəiflik deyil, gücün əksidir, lakin effektiv koordinasiya olmadan təkrarçılıq və səmərəsizlik riski yaranır.
Baxış sayı: 65
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
